Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Rusiya qoşunlarının ZAES-dən çıxarılmasından söhbət getmir
Peskov: Rusiya qoşunlarının ZAES-dən çıxarılmasından söhbət getmir

"Rusiya qoşunlarının Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) ərazisindən çıxarılması hazırda müzakirə olunmur".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi kçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İndi qoşunların çıxarılmasından söhbət getmir. İndi söhbət əsas məsələdən gedir – Ukrayna tərəfini stansiyanın ərazisindəki obyektlərin vəhşicəsinə atəşə tutulmasını dayandırmağa məcbur etməkdən gedir. Bu, çox acınacaqlı və fəlakətli nəticələr doğura bilər”, - deyə Kreml sözçüsü bildirib.

Peskov vurğulayıb ki, Rusiya hər gün davam edən atəşi dayandırmaq üçün Ukrayna tərəfinə təsiri olan bütün ölkələri bundan istifadə etməyə çağırmaqda davam edir.

"Bazar günü gecə Ukrayna tərəfinin aramsız atəşə tutulması fonunda Zaporijjya AES-in işi tamamilə dayandırılıb. O, "Rosatom"un baş direktoru Aleksey Lixaçevin vurğuladığı kimi, AES işlək vəziyyətdə olduğu zaman silahlı hücuma məruz qalan, ilk nüvə stansiyası oldu", - deyə bildirilib.

Rusiya mətbuatı yazır ki, Enerqodarda yerləşən Zaporojye AES Rusiya qoşunlarının nəzarəti altındadır. Son vaxtlar Ukrayna Silahlı Qüvvələri tərəfindən davamlı olaraq hücuma məruz qalır. Sentyabrın əvvəlində stansiyaya agentliyin rəhbəri Rafael Qrossinin başçılıq etdiyi MAQATE-nin missiyası gəlib.

MAQATE daha sonra hərbi əməliyyatlar nəticəsində baş verə biləcək qəzaların qarşısını almaq üçün Zaporojya atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılmasını tələb edən hesabat dərc edib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun verdiyi məlumata görə, Rusiya MAQATE missiyasının təqdim etdiyi ZAES üzrə hesabatı ətraflı öyrənir, lakin oradakı təkliflərə cavab vermək üçün vaxt lazımdır.

Qeyd edək ki, Ukrayna tərəfi də ZAES-də yaranan təhlükə baxımın Rusiyanı ittiham edib. Ağırtonnajlı hərbi texnikanı qadağan olunmuş əraziyə gətirərək stansiya üçün təhlükə yaratıqlarını və yaxın ərazidən həyata keçirilən raket aışlarının rezonansından AES-in zədələnə biləcəyini bildirmişdilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »