Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaporojye AES-də işləyən sonuncu enerji bloku da dayandırılıb
Zaporojye AES-də işləyən sonuncu enerji bloku da dayandırılıb

Bazar günü gecə Rusiyanın nəzarətində olan Zaporojye bölgəsindəki Enerqodar AES-in altıncı enerji bloku bağlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “İnterfaks”a “Rosenerqoatom” konserni rəhbərinin müşaviri Renat Karçaa bildirib.

"Blok dayandırılıb, hazırda soytma rejiminə keçirilir", - deyə Karçaa bildirib.

O, aydınlaşdırıb ki, enerji blokunun söndürülməsi Moskva vaxtı ilə saat 4:00 radələrində ehtiyatlı, təhlükəsiz rejimdə həyata keçirilib.

Daha əvvəl Karçaa bildirib ki, reaktorun söndürülməsi davam edən zərbələr qarşısında nüvə fəlakəti təhlükəsini tamamilə aradan qaldırmayacaq.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Onun altı VVER-1000 enerji bloku var. Bu yaxınlarda yalnız beşinci və altıncı enerji blokları işləyirdi. Lakin Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulması nəticəsində elektrik xətlərinin zədələnməsi səbəbindən bloklardan biri söndürülüb, ikincisi isə minimum çıxış gücü ilə planlı boşaltma rejimində olub. Bu həftə AES-dən elektrik enerjisi artıq həm Rusiya Federasiyasının, həm də Ukraynanın nəzarətində olan əraziyə verilməyib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi və Enerqodar hakimiyyətinin məlumatına görə, yayın ortalarından başlayaraq, demək olar ki, hər gün atom elektrik stansiyasının və şəhərin özünün atəşə tutulması həyata keçirilir. Onlar reaktorların işini pozmayıb, köməkçi təchizat sistemlərinə və bütün enerji paylayıcı infrastruktura ziyan vurublar.

Sentyabrın 1-də MAQATE-nin missiyası AES-də olub. Agentliyin rəhbəri Rafael Qrossinin də daxil olduğu nümayəndə heyətinin bir hissəsi həmin gün axşam saatlarında Enerqodarı tərk edib. MAQATE-nin bir neçə eksperti sentyabrın 5-də geri dönüb, iki mütəxəssis isə nəzarət məqsədi ilə AES-də qalıb.

Sentyabrın 6-da MAQATE missiyanın nəticələrinə dair hesabat təqdim edib. Sənəddə xüsusilə, AES yaxınlığında hərbi fəaliyyətin dayandırılması və təhlükəsizlik zonasının yaradılmasının zərurətindən bəhs edilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »