Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ukraynanın əks-hücumu Rusiyanın məğlub olacağına işarədir”
“Ukraynanın əks-hücumu Rusiyanın məğlub olacağına işarədir”

Ukrayna Müdafiə naziri Oleksiy Reznikov Ukraynanın Xarkov vilayətində əks-hücumunu "yamacdan aşağı yuvarlanan" qartopu ilə müqayisə edib.

Bizimyol.info Ukrayna mediasına istinadən xəbər verir ki, nazir Financial Times -a müharibə və hazırkı vəziyyətlə bağlı müsahibə verib. O, müsahibəsi zamanı bildirib:

"Əks-hücum ərazini azad edir və bundan sonra siz ona nəzarət etməli və müdafiəyə hazır olmalısınız".

Aleksey Reznikov Oleksiy Reznikov

Reznikov Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində əks-hücumunun "gözləniləndən daha yaxşı keçdiyini" də söyləyib. Bununla belə, o, xəbərdarlıq edib ki, Rusiya yenidən əks hücuma keçə bilər və qələbəni qeyd etmək hələ tezdir. Bu səbəbdən də ərazilərin işğaldan azad edilməsi ilə bağlı işlər aparmaq lazımdır.

Onun sözlərinə görə, altı günlük hücumdan sonra Ukrayna qoşunları yorulsa da, mənəvi-psixoloji vəziyyət yüksək olub. “Çünki ukraynalılar bu əks-hücuma başlamaq istəyirdilər, bizə bu əks-hücum lazım idi və bu, Rusiyanın məğlub ola biləcəyinə işarədir”,- deyə nazir əlavə edib.

Reznikov bildirib ki, “Ukrayna blitskrieg” “aşağı yuvarlanan qar topu” kimidir və bu, Rusiya üçün genişmiqyaslı işğalın başlanmasından bəri ən böyük uğursuzluqdur.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində əks-hücum əməliyyatı keçirir.

Sentyabrın 8-də prezident Vladimir Zelenski Xarkov vilayətinin Balakliya şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edilməsi barədə məlumatı təsdiqləyib.

Sentyabrın 9-da Zelenski Xarkov vilayətində Ukrayna müdafiəçilərinin  30-dan çox yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb.

Sentyabrın 10-da isə Kupyansk    İzyumun azad edilməsi haqqında məlumat verilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »