Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa həyəcan təbili çaldı: Almaniya prezidentindən xəbərdarlıq
Avropa həyəcan təbili çaldı: Almaniya prezidentindən xəbərdarlıq

Təbii qaz alışında böyük ölçüdə Rusiyadan asılı olan Almaniya sərt qışa hazırlaşır. Artan enerji qiymətlərinə diqqət çəkən Almaniya prezidenti Frank-Valter Ştaynmayer kasıb ailələrin evlərini itirmək təhlükəsi ilə üz-üzə olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.

Kremlin Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağını elan etməsindən sonra Almaniyadan diqqətəlayiq xəbərdarlıq gəlib.

Artan enerji qiymətlərinə diqqət çəkən Almaniya Prezidenti Franq-Valter Steinmeyer bu vəziyyətin yoxsul insanların və xüsusilə ailələrin evlərini itirməsinə səbəb ola biləcəyini bildirib.

Steinmeyer “Evsizlər Günü” ilə bağlı verdiyi dəvətdəki çıxışında yoxsul ailələrin qiymətlərin artması səbəbindən kirayə və digər xərcləri qarşılamaqda çətinlik çəkdiyini vurğulayıb.

Steinmeyer çıxışında bu sözləri söyləyib; “Xüsusilə ailələr evlərini itirmək riski altındadırlar. Həmçinin, ev axtaran insanlar münasib qiymətə mənzil tapmaqda çətinlik çəkə bilər”.

Xatırladaq ki, bu yaxınlarda İqtisadiyyat naziri Robert Habek keçmiş kansler Angela Merkelin 2011-ci ildə elan etdiyi sıfır nüvə siyasətinin dayandırılmasını nəzərdə tutan bəyanatla çıxış edib.

Hökumətin anti-nüvə tərəfdaşı olan Habek, "ölkədə qalan üç atom elektrik stansiyasından ikisinin hər ehtimala qarşı 2023-cü ilin aprel ayının ortalarına qədər fəaliyyət göstərəcəyini" söyləyib.

Almaniyanın bu qərarı xarici mətbuatda “dönüş” kimi şərh olunur.

Qeyd edək ki, Yaponiyada Fukusima nüvə fəlakətindən sonra Merkel atom enerjisindən tamamilə imtina etmək qərarına gəlmiş və ölkədəki 6 elektrik stansiyasından 3-ü bağlamışdı.

Məlumat üçün bildirək ki, Rusiyanın dövlət enerji şirkəti "Qazprom" aprel ayında tədarük etdiyi qaza görə rublla ödəməkdən imtina edən GasTerra-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

GasTerra isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, Qazpromun Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

Qazprom bundan əvvəl rublla ödəməkdən imtina edən Finlandiyaya da qaz nəqlini kəsmişdi.

Məlumat üçün bildirək ki, Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşib.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib. Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »