Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu sualı birbaşa Təhsil Nazirliyinə ünvanlamaq lazımdır"
"Bu sualı birbaşa Təhsil Nazirliyinə ünvanlamaq lazımdır"

Hər il tədris ili başlayanda tələbə yataqxanalarının çatışmazlığı gündəmə çevrilir. Qeyd edək ki, Təhsil Nazirliyinin nəzarətində 48 yataqxana var. Bu yataqxanalar 9 ali təhsil müəssisəsinə aiddir. Bu yataqxanalar tələbələrin cəmi 7 faizini əhatə edir. Özünə yataqxana tapa bilməyənlər isə, ucuz kirayə ev axtarışına başlayırlar. Son zamanlar isə, kirayə ev bazarında da qiymətlər yüksəlib. Yəni Bakıya təhsil almağa gələn tələbənin həm rahat yaşayıb, həm də yaxşı təhsil ala bilməsi, oxuya bilməsi üçün şərait yox dərəcədədir.

Əvvəllər mütəxəssislər tələbələrin bu sıxıntıdan qurtulması üçün ali təhsil müəssisələrini bölgələrə daşınmasını təklif edirdi. Daha sonra tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif verildi. Amma görünür ki, bu təkliflər hələ ki, təklif olaraq qalır. Özəl yataqxanalara gəldikdə isə, Bakıda bir neçə yataqxana var ki, onların da qiyməti elə kirayə ev qiymətinə bərabərdir. Buna görə də, tələbələr daha çox kirayə ev axtarışına çıxırlar.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər il tədris proqramı başlayan zaman tələbə yataqxanaları ilə bağlı problem gündəmə gətirilir.

Elnur Azadov Elnur Azadov

““Niyə yataqxanalar tikilmir” sualını birbaşa Təhsil Nazirliyinə ünvanlamaq lazımdır. Çünki Sovet dönəmi vaxtında müəyyən bir statistikaya əsasən, təhsil müəssisələrinin çoxunun yataqxanaları var idi. Hətta texnikumların belə tələbə yataqxanaları var idi. Sovet höküməti dağılandan sonra demək olar ki, ölkədə tələbə yataqxanası inşa olunmayıb. Sayı da olduqca məhduddur. Nəzərə alsaq ki, təhsil müəssisələrinin çoxunun kifayət qədər ərazisi var, onların ərazisində yataqxanalar tikmək mümkündür.”,- deyə ekspert qeyd edib.

Ekspert deyir ki, hələki bu büdcənin Təhsil Nazirlyi və yaxud əlavə investorlar tərəfindən ayrılacağı məlum deyil. Hətta əlavə investorlar digər müəssisə kimi dövlət tərəfindən də cəlb edilə, birgə layihə kimi həyata keçirilə bilər.

“Nəzərə alsaq ki, ildən-ilə kirayə qiymətləri qalxır. Burada investisiya yatıran iş adamları da uduzmaz. Sadəcə, buna görə tenderlər keçrilməlidir. Gələcəkdə bu yataqxanaların idarə olunması məsələləri var. Aşınma, əmlak və s. məsələləri var. Ancaq ölkədə bir çox ödənişli yataqxanlar var ki, onlar özünü doğruldur. Bu yataqxanalar əsasən xarici vətənaşlara verilir”,- deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »