Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov deputatı müharibəyə göndərir
Kadırov deputatı müharibəyə göndərir

Adam Delimxanovun rəhbərlik etdiyi Çeçenistan Respublikasının elit bölmələri təmin edilən istirahətdən sonra Ukraynadakı "xüsusi hərbi əməliyyat" zonasına qayıdıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.

“Əziz qardaş, Rusiya Qəhrəmanı, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov Çeçenistan Respublikasından olan bölmələrə rəhbərlik edərək, Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirməyə başladı",- deyə o yazıb.

O əlavə edib ki, əvvəllər Mariupol, Severodonetsk, Lisiçansk, Popasna və digər şəhərlər azad edildikdən sonra elit döyüşçülər məzuniyyətə çıxıblar və indi onlar cəbhə xəttinə qayıdıblar.

“Əvvəllər həmişə deyirdim ki, yaxşı xəbər gözləyin və mənim sözlərimdən sonra siz həmişə onları aldınız. İndi isə səbrli olun və döyüşçülərimizdən cəbhə xəttindən əla nəticələr gözləyin. Onlar mütləq olacaqlar!”,– deyə Kadırov yekunlaşdırıb.

Kadırov uraynalıları hədələməkdən də çəkinməyib: "Nəticələr sizin üçün acınacaqlı olacaq. Səhra konmandiri və qəhrəman Adam Sultanoviç havaya söz demir. Yanınızda ağ parça saxlayın - sizə lazım olacaq",- deyə qeyd edib.

Bəzi hərbi espertlər bunu Rusiya üçün "nəfəslik" yaratmaq şansı olacağını düşünürlər. "Çeçenlər hücum əməliyyatları təşkil edəcəklər, nəticədən asılı olmayaraq bu Rusiya hərbçilərini döyüşlərə cəlb etmək məqsədi daşıyacaq",- deyə bildiriblər.

Ukraynalı hərbçi: "Onlar bu hərəkətləri ilə Rusiyanın azalmaqda ülan ümidlərini tamamilə söndürəcəklər, çünki biz onları son nəfərinə qədər "əzizləyəcəyik".  Görünür Kadırov Rusiyanın dostu yox, düşmənidir, o, rusları tamilə məhv etmək istəyir",- deyə bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »