Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kral Çarlzın taxta çıxmasından sonra Respublika müzakirəsi başladı
Kral Çarlzın taxta çıxmasından sonra Respublika müzakirəsi başladı

Kraliça II Elizabetin Antiqua Barbudada ölümündən sonra respublikaya çevrilmə variantı gündəmə gəlib.

Bizimyol.info xəbər verir ki, BBC Türkcənin məlumatına görə, baş nazir Qaston Browne 3 il ərzində bu məsələ ilə bağlı referendum keçirilə biləcəyini bildirib.

Braun referendum məsələsinin gündəmə gəlməsində düşmənçilik mövqeyinin olmadığını da vurğulayıb.

Məlumat üçün bildirək ki, Karib hövzəsi ölkəsinin baş naziri bu şərhi Kral III Çarlzın dövlət başçısı olduğunu təsdiqləyən mərasimdən sonra deyib. Braun bildirib ki, yenidən seçiləcəyi təqdirdə bu referendumu həyata keçirəcək.

17 yerlik parlamentdə 15 yerə sahib olan baş nazir Braun da ictimaiyyətin bu istiqamətdə böyük tələbatının olmadığını etiraf edib. Browne Britaniyanın İTV televiziyasına deyib: "Məncə, çox adam bu barədə düşünmür".

Onu da əlavə edək ki, eyni məsələnin gündəmdə olduğu Avstraliyada 4 il ərzində səsvermə imkanı yoxdur.

Qeyd edək ki, İngiltərədən başqa, Kral Çarlz daha 14 ölkədə dövlət başçısı hesab olunur.

Bu ölkələr Antiqua Barbuda, Avstraliya, Beliz, Kanada, Qranada, Yamayka, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent Kitts və Nevis, Sent-Lüsiya, Sent Vinsent və Qrenadinlər, Solomon adaları və Tuvaludur. Bu ölkələrin bir çoxu monarxiyanın mövcudluğu ilə mübahisə edir.

Karib hövzəsi ölkəsi Antiqua Barbudanın baş naziri respublika olmağın “müstəqilliyə doğru son addım” olacağı fikrini bölüşür.

Xatırladaq ki, keçən il Kraliça prezidentlikdən uzaqlaşdırıldıqdan sonra Barbados Sandra Meysonu dövlət başçısı təyin edib.

Bundan əlavə, Yamaykada hakim İşçi Partiyası respublika olmaq məqsədi ilə referendum keçirməyi hədəflədiklərini bildirir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »