Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FT: İndoneziya Rusiyadan neft idxal etməyi düşünür
FT: İndoneziya Rusiyadan neft idxal etməyi düşünür

İndoneziya daxili bazarda artan enerji qiymətlərini cilovlamaq üçün Rusiyadan neft idxal etməyi düşünür.

Bizimyol.info xəbər verir ki, bu barədə ada ölkənin prezidenti Coko Vidodo bazar ertəsi Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Vidodo İndoneziyanın Rusiya neftini almaq niyyətində olub-olmaması sualına müsbət cavab verib: “Biz həmişə bütün variantları izləyirik. Əgər ən yaxşı qiymətə ehtiyacımız olanı təklif edən hər hası ölkə varsa, təbii ki, biz onu almağa çalışacağıq. Hökumət öz xalqının enerji ehtiyaclarını ödəmək üçün müxtəlif mənbələr tapmağa borcludur. Biz də həll yolu tapmaq istəyirik”, - deyə o bildirib.

Qəzetin qeyd etdiyi kimi, İndoneziya verilən endirim sayəsində Rusiya neftinin alışını əhəmiyyətli dərəcədə artıran Hindistan və Çindən nümunə götürmək qərarına gəlsə, bu, Rusiya Federasiyasına Avropaya tədarük edilən neft hasilatının azalmasındakı itkilərin əhəmiyyətli hissəsini kompensasiya etməyə kömək edəcək.

"Rystad Energy" konsaltinq şirkətinin məlumatına görə, 2022-ci ilin mart ayından may ayına qədər Asiya-Sakit Okean regionu ölkələri Rusiyanın "Urals" neftinin idxalını 2021-ci illə müqayisədə dörd yarım dəfə artırıb. Avropa ölkələri eyni dövrdə Rusiya neftinin idxalını sutkada 554 min barel - 2,04 milyondan 1,49 milyon barel azaldıb.

Eyni zamanda, Asiya neft emalı zavodları Rusiya xammalının alışını gündə 503 min barel - yanvar-fevralda 1,14 milyondan mart-mayda 1,517 milyon barelə qədər artırıb.

Bundan əvvəl "Bloomberg" agentliyi apreldə bir sıra Avropa ölkələrinin Rusiyanın enerji resurslarını idxal etməkdən imtina etməsi fonunda Asiyanın Rusiyadan neft alışına görə ilk dəfə olaraq Avropanı ötdüyünü, mayda isə Asiyanın üstünlüyünün artdığını bildirmişdi. Rusiya neftinin ən böyük alıcıları Hindistan və Çindir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »