Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Revmatoid artrit yalnız qocalıqda müşahidə olunmur"
"Revmatoid artrit yalnız qocalıqda müşahidə olunmur"

Oynaqlarınızda ağrı, şişlik və hərəkət məhdudiyyəti varmı? Əgər bu problemlər sizə tanış gəlirsə, bunun səbəbi xalq arasında iltihablı revmatizm kimi tanınan "romatoid artrit" ola bilər.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, revmatoloq Dr. Esra Dilşat Bayrak romatoid artrit haqqında olan səhv məlumatlardan danışıb.

Hər yüz adamdan birində, rast gəlinən romatoid artrit adətən əl və ayaqların kiçik oynaqlarında müşahidə edilsə də, tez-tez diz, çiyin, omba kimi böyük oynaqlarda da görülür. Xroniki xəstəlik olan revmatoid artrit müalicə edilmədikdə oynaqlarda forma və funksiya itkisi inkişaf edə bilər. Uzun müddət müalicəsiz qalan xəstələrdə, oynaqlar qalıcı olaraq, zədələnir. Belə xəstələr gündəlik işlərini belə yerinə yetirmələrinə mane olan şiddətli ağrı və hərəkət məhdudiyyəti kimi ciddi problemlər yaşayırlar. Buna görə də romatoid artritdə erkən diaqnoz və düzgün müalicə son dərəcə vacibdir. Çünki erkən diaqnoz və müalicə tətbiq edildikdə və xəstəlik nəzarət altına alındıqda çox uğurlu nəticələr əldə edilir.

“Revmatoid artrit yalnız qocalıqda müşahidə olunmur. Ən çox 30-50 yaş aralığında müşahidə edilsə də, uşaqlıq da daxil olmaqla hər yaş qrupunu təsir edə bilər. Revmatoid artritdə müalicəyə erkən başlanarsa və xəstə müntəzəm olaraq müalicə aldığı təqdirdə, oynaqlarda forma və funksiya itkisinin olmur. Ancaq müalicə gecikdiyi təqdirdə, xəstələrdə qalıcı forma və funksiya itkisi baş verə bilər. Revmatoid artritdə bəzi genetik dəyişikliklər xəstəliyə meyl yaradır. Lakin ailədə xəstəlik olsa da, revmatoid artrit xəstədən uşağa birbaşa keçmir” - deyə həkim bildirib. Onun sözlərinə görə, rematoid artrit yalnız bəzi xüsusi pəhrizlərlə müalicə oluna bilən xəstəlik deyil. Lakin müalicələrlə yanaşı, xəstələrin klinik vəziyyəti və əlavə xəstəlikləri nəzərə alınmaqla bəzi pəhriz düzəlişləri və əlavələr simptomların aradan qaldırılmasında faydalıdır.

Mütəxəssis qeyd edib ki, revmatoid artrit diaqnozu qoyulan kimi tibbi müalicəyə başlamaq lazımdır. Dərman müalicəsi ilə yanaşı, xəstəliyi tətikləyən və müalicəni mənfi təsir edən faktorlara da diqqət yetirilməlidir. Siqaret mütləq dayandırılmalı, uyğun pəhriz və idmana başlanılmalıdır. Revmatoid artrit kimi iltihablı oynaq xəstəlikləri üçün spa və isti müalicə tövsiyə edilmir. Bunun səbəbi isti tətbiqlərin oynaqda şiş və iltihabı artıraraq, xəstəliyin alovlanmasına səbəb olmasıdır. Osteoartrit, yəni artroz olan xəstələr bu müalicələrdən faydalana bilərlər.

“Revmatoid artrit ən çox əl və ayaq oynaqlarında ağrı və şişlik ilə başlasa da, bu problemlər arasında göz, ağciyər, ürək-damar xəstəlikləri, dəri səpgiləri və böyrək xəstəlikləri kimi bir çox sistemik vəziyyətlər də müşahidə edilə bilər. Revmatoid artritdə xüsusilə aerobik və müqavimət məşqləri ağrıları azaldır və oynaqların funksiyasını qorumağa kömək edir”- deyə həkim qeyd edib. Onun sözlərinə görə, bəzən revamtoid artirin müalicəsinin olmadığı deyilir. Amma revmatoid artritin müalicəsində uzun illərdir xəstəliyi dayandıran dərmanlardan istifadə edilir və çox uğurlu nəticələr alınır.

İlahin, Bİzimyol.info

Son xəbərlər
Bütün xəbərlər »