Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erkən cinsi təcrübə hansı təhlükələrə yol açır?
Erkən cinsi təcrübə hansı təhlükələrə yol açır?

Psixoloji sarsıntılar, fiziki xəsarətlər, ağır xəstəliklər - bu cinsi fəaliyyətin erkən başlamasının mənfi nəticələrinin tam olmayan siyahısıdır.

“Çox vaxt çox erkən cinsi təcrübə ya zorakılıqla baş verir, ya da spirtli içkinin təsisi altında baş verir. Cinsi təhsilin və keyfiyyətli məlumatın olmaması yeniyetməni addığı addımın nəticələrini tam qiymətləndirə bilməməsinə gətirib çıxarır”. Bu barədə Bizimyol.info xəbər portalına həkim ginekoloq Xoşqədəm İbrahimova danışıb. Onun sözlərinə görə, bu yaşda uşaq aydın və qəti şəkildə “yox” deyə bilmir, ona görə də cinsi əlaqə çox vaxt kontrasepsiya və xəstəliklərdən qorunmadan baş verir.

“Məsələn, tərəfdaş əlaqə saxlamaqda israr etdiyi üçün və ya yeniyetmənin qoruyucu almağa pulu olmadığı üçün baş verən bu cür təmaslar çox vaxt yalnız arzuolunmaz hamiləliyə deyil, həm də cinsi yolla keçən xəstəliklərə - HİV, hepatitə yoluxmağa səbəb olur”,- deyən həkim bildirir ki, insanların əksəriyyəti ilk erkən cinsi təcrübələri haqqında mənfi danışır. Onlar bu prosesin hər şeydən məlumatı olmadıqları, yetkin istək və psixoloji hazırlığın olmadığı üçün baş verdiyini etiraf edirlər.

Mütəxəssislər bildirir ki, çox zaman qızlar cinsi həyata oğlanlardan daha tez başlayırlar.

“Mənfi ilk cinsi təcrübə gələcəkdə intim həyata pis təsir göstərə bilər. Cinsi əlaqə çanaq dibinin əzələlərində ağrıya və ya daralmaya səbəb ola bilər ki, bu da penetrativ cinsi əlaqənin mümkünsüzlüyünə gətirib çıxarır. Bundan sonra mütəxəssislərin köməyinə ehtiyac duyulur”,- deyə həkim əlavə edib.

Həkim həçninin qeyd edib ki, valideynlər uşağı "yetişkin" filmlərə baxarkən yaxalasalar qışqırmamalı, ciddi danışmalı və həyatın bəzi məqamlarından danışmalıdırlar.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »