Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtlərin göz yaşlarının duyğularla əlaqəsi aşkarlanıb
İtlərin göz yaşlarının duyğularla əlaqəsi aşkarlanıb

Araşdırma aparan yapon tədqiqatçılar itlərin həyəcandan axıtdığı göz yaşlarının itlə sahibi arasındakı bağı gücləndirə biləcəyini düşünürlər. Tədqiqat 22 itdən ibarət kiçik bir qrup üzərində aparılıb. İtlərin ayrıldıqdan sonra sahibləri və ya sevdikləri ilə görüşdüyü zaman reaksiyaları müşahidə edilib.

Bizimyol.info xəbər verir ki, Azabu Universiteti və Jiçi Tibb Universitetinin tədqiqatçıları itlərin gözlərinin altına gözyaşını özünə çəkən kağızlar yerləşdiriblər. İtlər sahibləri ilə normal ünsiyyətdə olarkən qoyulan kağızlar, sahiblərindən 5-7 saatlıq ayrılıqdan sonra yenidən görüşməsindən bir dəqiqə əvvəl yerləşdirilən kağızlarla müqayisə edilib. Araşdırma nəticəsində məlum olub ki, itlər yalnız sahiblərini gördükləri zaman göz yaşı axıdırlar.

Tədqiqat  müəyyən edib ki, itlər də tanıdıqları insanları görəndə də gözləri yaşarır. Lakin sahiblərini görəndə daha daha çox ağlayırlar. Bu göz yaşlarının emosiyalarla əlaqəli olub olmadığını öyrənmək üçün itlərə bağlanma ilə yaxından əlaqəli olan oksitosin hormonu olan məhlul verilib. Hormon verildikdən sonra itlərin göz yaşlarının xeyli artdığı müşahidə edilib. Əvvəllər itlərin gözyaşı kanallarını açıq saxlamaq üçün "ağladıqları" bilinsə də, bu göz yaşlarının duyğularla əlaqəsi indiyədək heç vaxt müəyyən edilməmişdi.

“Current Biology” jurnalında dərc olunan araşdırmada iştirak edən Takefumi Kikusui qeyd edir ki, heyvanların sevincli anlarında, məsələn, sahiblərinə qovuşması zamanı göz yaşları tökdüyünə dair daha əvvəl heç bir araşdırma aparılmayıb. İt sahibləri quyruq sallama və ya üz yalama kimi sevinc nümayişlərinə öyrənsələr də, bu göz yaşları istəmədən itləri ilə bağlarını möhkəmləndirə bilər. İtlərin baxışlarının sahiblərində oksitosin ifrazını stimullaşdırdığı bilinir.  Tədqiqat onu da müəyyən edib ki, sahibləri itlərinin gözlərinin yaşlandığını görəndə onlara qarşı daha mehriban olurlar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »