Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: “Ukraynanı Avropa İttifaqına qəbul etmək Avropa üçün şərəf olacaq”
Zelenski: “Ukraynanı Avropa İttifaqına qəbul etmək Avropa üçün şərəf olacaq”

“Rusiyaya qarşı müharibədə qalib gələcək Ukraynanı qəbul etmək Avropa İttifaqı üçün şərəf olacaq”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində bildirib.

Onun sözlərinə görə, bu gün Avropada geosiyasi konfiqurasiyanın dəyişməsi davam edir.

“Avropada iqtisadi və siyasi birləşməyə nail olunub. Bütün bunlar institutlar, münasibətlər, gündəlik həyat səviyyəsində göz qabağındadır. Amma indi bütün qitənin real dəyər əsasında birləşməsinə nail olunur - və bu Ukraynanın sayəsindədir”.

O vurğulayıb ki, Qərb ölkələri arasında mövcud olan son maneələr Avropanın azadlığı müdafiə etməsi və həqiqi müstəqillik əldə etməsi sayəsində aradan qalxır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »