Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taliban qadıların oxumasını və işləməsini qadağan edir
Taliban qadıların oxumasını və işləməsini qadağan edir

"Taliban səlahiyyətliləri Əfqanıstanda dərslərin bərpasından bir neçə gün keçmiş məktəbləri yenidən bağladıqdan sonra Paktiya əyalətində onlarla qız etiraz aksiyası keçirib".

Bizimyol.info xəbər verir ki, bu barədə beynəlxalq xəbər agentlikləri və yerli medi məlumat verib.

Taliban qadınların təhsilinə və iş imkanlarına icazə vermək vədindən geri çəkilib. Onlar ilk hakimiyyətləri zamanı olduğu kimi qadınların hüquqlarına məhdudiyyətlər tətbiq edərək, hakimiyyətdəki ilk dövrünün xatirələrini geri qaytardı. 1996-2001-ci illərdə də qadınların təhsilinə qadağa qoyulmuşdu və qadınlar ictimai həyatdan kənarlaşdırılırdı.

Keçən ayın sonunda yüksək səviyyəli Taliban lideri Əl-Cəzirə telekanalına bildirib ki, qrup orta məktəblərdə, iş yerlərində qızlar və qadınlar üçün sözdə “təhlükəsiz mühit” yaratmaq üzərində işləyir. Hakimiyyət nümayəndəsi həmçinin islamın qadınlara təhsil, işləmək və sahibkarlıq hüququ verdiyini əlavə edib.

Bu ayın əvvəlində əyalətin paytaxtı Qardezdə Talibanın Təhsil Nazirliyinin rəsmi icazəsi olmadan, altıncı sinifdən yuxarı dörd qız məktəbi və Samkani rayonunda tayfa ağsaqqalları və məktəb direktorlarının tövsiyəsi ilə bir məktəb fəaliyyətə başlayıb.

"Gardezdəki tələbələr şənbə günü dərslərə gedəndə onlara evə qayıtmaları deyilib", - deyə qadın hüquqları müdafiəçisi və sakinlər bu barədə məlumat veriblər.

"Bu səhər qızları məktəblərə buraxmayanda biz etiraz aksiyası keçirdik", - deyə mitinqin təşkilatçısı və fəal Yasmin xəbər agentliyinə telefonla məlumat verib.

Sosial və yerli mediada, o cümlədən "TOLO" xəbərlərində yayılan görüntülərdə qızların məktəbli formaları geyinmişlər - bəziləri başdan-ayağa örtükdə, digərləri məktəbli formasında və ağ örtükdə - məktəbin bağlanmasına etiraz etmək üçün Qardez şəhərinin mərkəzindən keçirlər.

“Niyə məktəblərimizi bağladınız? Niyə bizim emosiyalarımızla oynayırsan?”, - deən qızlar göz yaşları içində aksiyanı başa çatdırıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »