Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bessonov: “Biz bacardığımız qədər döyüşürük, xəyanətkar axtarmağa dəyməz”
Bessonov: “Biz bacardığımız qədər döyüşürük, xəyanətkar axtarmağa dəyməz”

Rusiya Federasiyasının işğalçı qoşunları İzyum şəhərini və Xarkov vilayətinin bir neçə digər yaşayış məntəqəsini tərk edib.

Bu barədə "RBK"-nin təbliğat-təşviqat Telegram kanalı qondarma “KXDR" informasiya nazirinin birinci müavini Daniil Bezsonov istinadən məlumat verib.

“Bəli, onlar İzyumdan, eləcə də Xarkov istiqamətindəki bəzi digər yaşayış məntəqələrindən getdilər. Təbii ki, bu pisdir. Təbii ki, bu, yüksək komandanlıq səhvlərinin nəticəsidir. Amma bunda gizli mənalar axtarmağa ehtiyac yoxdur. Söhbət nə razılaşmalardan, nə də xəyanətdən gedir. Sadəcə bacardığımız qədər mübarizə aparırıq. Bütün səviyyələrdə. Harada daha yaxşıdır, harada daha pisdir. Əsas odur ki, səhvləri etiraf edək və düzgün nəticə çıxaraq”, - Bessonov bildirib.

İşğalçıların İzyumdan getdiyini özlərini “hərbi komissar” adlandıran rusiyalı təbliğatçılar Aleksandr Kots və Yevgeni Poddubnı da təsdiqləyir. Sonuncunun fikrincə, bu, komandanlığın “şəraitə uyğun” düzgün qərarıdır. Onun sözlərinə görə, “Rus qrupunun İzyumda mühasirəyə alınması fəlakət olardı”.

Kots təsdiq edib ki, ruslar Balakleya və Kupyanskı tərk ediblər.

Bu arada ukraynalı əsgərlər azad edilmiş İzyumun girişinin ilk görüntülərini dərc edirlər. Artıq şəhərin girişində Ukrayna bayrağı taxılıb: "Biz artıq İzyumdayıq. Onları Moskvaya qədər qovacağıq", - əsgərlərdən biri deyib.

Xatırladaq ki, Rusiya Federasiyasının işğalçı qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya soxulub, hərbi və mülki obyektlərə hücum edib, yaşayış məntəqələrini, xüsusən Xarkov vilayətini ələ keçirib.

Artıq Ukrayna ordusu avqustun sonundan əks hücuma keçib və işğalçılara layiqli cavab verir. Sentyabrın 9-da prezident Vladimir Zelenski əsgərlərin Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad etdiyini bildirdi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »