Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: Ukraynanın qələbəsinə qədər sizinləyik
Nazir: Ukraynanın qələbəsinə qədər sizinləyik

Slovakiya Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularına öz poliqonlarında təlim keçməyə razılıq verib.

Bizimyol.info xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov sentyabrın 8-də Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun (“Ramşteyn-5”) iclasının yekunları barədə məlumat verərkən bu barədə “Facebook”da yazıb.

Müdafiə nazirinin vurğuladığı kimi, baş nazirin müavini - Polşanın müdafiə naziri Mariuş Blaşçakın rəhbərliyi sayəsində Ukrayna əsgərlərinin Polşadakı poliqonlarda təlim keçməsi üçün imkan yaradılıb.

"Mən "Ramstein 5"də oxşar təlim proqramlarının digər qonşu ölkələrdə tətbiqi imkanlarını nəzərdən keçirməyi xahiş etdim. Bu ideyanı dərhal Ukraynanın yaxın dostu, Slovakiyanın müdafiə naziri Yaroslav Nad dəstəklədi. Bu, təlim prosesinin miqyasının genişlənməsini təmin edəcək və bizim qısa müddətdə daha çox təlim keçmiş qoşunumuz olacaq”, - Reznikov yazıb.

Həmçinin, onun sözlərinə görə, Avropa İttifaqının dəstəyi ilə paralel olaraq təlim proqramı qurulur.

“Biz Ukraynada təlim mərkəzlərinin tikintisi, o cümlədən Avropa resurslarını və texnologiyasını ordumuzun praktiki təcrübəsi ilə birləşdirmək barədə artıq konkret təkliflər vermişik. Bu təklif qəbul edilərsə, ümidvarıq ki, bu mərkəzlər bütün Avropanın maraqlarına uyğun işləyəcək”, - deyə Reznikov əlavə edib.

Onun fikrincə, silah istehsalı və təlim proqramlarının aktivləşdirilməsi uzunmüddətli perspektivdə Ukraynanın müdafiə qüvvələrinin gücləndirilməsidir.

"Rusiya nə qədər çox həvəssiz, zəif silahlanmış cinayətkar dəstələrini toplasa da, onları təlim keçmiş və müasir sistemlərlə təchiz edilmiş Ukrayna qoşunları qarşılayacaq. Ukrayna ordusu azad dünyanın resurslarına arxalanaraq Rusiyanı keyfiyyət üstünlükləri hesabına məğlub edəcək", - nazir vurğulayıb.

"Axı, indi hər bir demokratik ölkə dəli tiranların hökmranlığının nəyə gətirib çıxardığını görür", - Reznikov yazıb.

Reznikov xarici həmkarlarının yaxın vaxtlarda Ukraynaya baş tutacaq səfərləri zamanı bir neçə layihənin təşviqinə də ümid edir: "Biz bəzi sürprizlər hazırlayırıq", - deyə nazir bildirib.

“Əsas odur ki, "Ramstein" zamanı tərəfdaşlar açıq şəkildə bildirdilər: Biz müharibənin sonuna qədər, yəni Ukraynanın qələbəsinə qədər sizinləyik”, - deyə nazir yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »