Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya işçi qüvvəsi axtarır: Vətəndaşlıq şərtləri asanlaşdırılır
Almaniya işçi qüvvəsi axtarır: Vətəndaşlıq şərtləri asanlaşdırılır

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya bir çox sektorlarda işçi qıtlığının öhdəsindən gəlməyə çalışır. Mütəxəssislər işçi qüvvəsi çatışmazlığının yaxın illərdə ölkənin iqtisadi artımını təhdid edə biləcəyi barədə xəbərdarlıq etsələr də, problemin həllini tapmağa çalışan hökumət vətəndaşlıq prosesini sürətləndirməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın Əmək Nazirliyi ölkəyə xaricdən daha çox ixtisaslı işçilər cəlb etmək üçün immiqrasiya ilə bağlı bürokratik maneələri azaltmaq, vətəndaşlıq müddətini qısaltmaq və çoxmillətli vətəndaşlığı asanlaşdırmaq üçün yeni plan hazırladığını bildirib.

İqtisadiyyatda rəqəmsal dəyişikliyi, pandemiyanı və Ukrayna müharibəsini əmək bazarı üçün yeni çağırışlar yaradan əsas amillər kimi müəyyən edən hökumət həll yolunu immiqrasiya qanununun modernləşdirilməsində və təhsil imkanlarının təkmilləşdirilməsində görür.

“Bacarıqlı işçi axtarışı bir çox şirkət üçün mövcud problemdir. Bu tendensiyanın qarşısını almaq məqsədi ilə Almaniyanın ixtisaslı işçi qüvvəsinə beynəlxalq rəqabətdə cəlbedici bir mühacir ölkəsi olmasını təmin edəcək yeni, strateji sənəd hazırladıqlarına başlanılıb”, - deyə əmək naziri Hubertus Heil bildirib

İqtisadiyyat naziri Robert Habeck də: “Biz immiqrasiyaya açıq olmalı və Almaniyanı maraqlı və keyfiyyətli iş imkanları olan kosmopolit bir ölkə kimi təşviq etməliyik”, - deyərək strategiyanın məqsədini ümumiləşdirib.

Sənəddə deyilir ki, xarici ixtisaslı işçilər və onların ailələri Almaniyada yaşamaq və işləmək istəməsi üçün immiqrasiya şərtləri yaxşılaşdırılmalıdır: "Bu çərçivədə çoxlu vətəndaşlığa icazə verilməsi və vətəndaşlığın asanlaşdırılması planlaşdırılır. Vətəndaşlıqla bağlı müraciət etmək üçün ölkədə qalma müddəti beş ilə endiriləcək və müəyyən uyğunluq göstəriciləri təmin olunarsa bu müddət üç il olacaq. İşəgötürənlər bu rahatlıqlarla yanaşı, artıq məşğul olan əcnəbi işçilərin dil biliklərinin səlahiyyətli orqanlar tərəfindən yoxlanılması öhdəliyinin də aradan qaldırılmasını tələb edirlər", - deyə sənəddə qeyd olunur.

Hökumət həmçinin daha çox qadını əmək bazarına cəlb etmək üçün vergi sistemini təkmilləşdirməyi, ölkənin təhsil strukturuna görə azyaşlı uşaqların geri qaldığı körpələr evi sayını artırmağı planlaşdırır.

Strategiyaya daxil edilən digər plan işçiləri əlavə təhsil və təlim imkanlarından yararlanmağa həvəsləndirməkdir. Əhalinin qocalması problemi ilə üzləşən Almaniyanın xüsusilə rəqəmsal sahələr və enerji transformasiyası sahəsində lider olmaq üçün çoxlu işçi qüvvəsinə ehtiyacı var. Məşğulluq Agentliyinin məlumatlarına görə, avqust ayında 887 min işçi tələb edən elanlar yerləşdirilib.

Bu rəqəm ötən illə müqayisədə 108 min nəfər artıb. Hökumətin təqdim etdiyi məlumatlara görə, 2026-cı ildə təxminən 240 min ixtisaslı işçi qüvvəsi çatışmazlığı olacaq.

Baş nazir Olaf Scholz-un ​​Sosial Demokratlar, Yaşıllar və Liberallardan ibarət koalisiya hökuməti strategiya çərçivəsində zəruri qanunvericilik dəyişikliklərini yaxın aylarda parlamentə təqdim etməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »