Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ: Moskva həbsdə olan müxalifət liderini təkadamlıq kamerada saxlayır
ABŞ: Moskva həbsdə olan müxalifət liderini təkadamlıq kamerada saxlayır

"Rusiya hakimiyyəti həbsdə olan müxalifət lideri Aleksey Navalnının hüquqlarını pozaraq vəkillərlə əlaqəsini məhdudlaşdırıb və onu dəfələrlə təkadamlıq kameraya salıb".

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin cümə günü yaydığı bəyanatda deyilir: “Birləşmiş Ştatlar Rusiya hökumətinin Aleksey Navalnının hüquqlarına müdaxiləsindən dərin narahatdır”.

Həbsindən əvvəl Rusiya prezidenti Vladimir Putinin ən səs-küylü daxili müxalifəti hesab olunan Navalnı siyasi motivli həbs olduğu iddiası ilə doqquz il azadlıqdan məhrum edilib.

Departamentin bəyanatda deyilir ki, Rusiya həbsxana rəhbərliyi Navalnının vəkilləri ilə görüşlərinə süni əngəl yaradıb, sənədlərin mübadiləsini və onlar arasında əlaqəni gecikdirməklə onun hüquqi müdafiəyə çıxışına mane olub.

Dövlət Departamenti bildirib ki, bu müdaxilə, onun "kiçik qayda pozuntusu" iddiası ilə təkrarən təkadamlıq kameraya salınması siyasi motivli təqibin növbəti sübutudur.

Son həftələrdə, Moskvadan təxminən 200 kilometr kənarda, Vladimir şəhəri yaxınlığında həbsxanada olan 46 yaşlı müxalifət lideri, cəza olaraq bir neçə dəfə təkadamlıq kameraya salındığını bildirilir.

Çərşənbə günü Navalny vəkilləri vasitəsilə "Twitter"də yazıb ki, onun daha 15 gün təkadamlıq kameraya salınması barədə göstəriş verilib və bu, onun həbsxanada dördüncü dəfə təcrid olunduğunu bildirib.

Navalnının həbsini “artıq biabırçı” kimi xarakterizə edən Dövlət Departamenti bildirib ki, Moskvanın “onu daha da sıxışdırmaqda israrlı olması yalnız onun etibarsızlığını və həqiqəti söyləyənlərdən qorxduğunu göstərir”.

Avqustun ortalarında Navalnı həbsxanasından Qərbə rus oliqarxlarına qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.

Müxalifət liderinin ötən həftə müstəqil Rusiya mediası tərəfindən dərc edilən görüntüləri onun arıq və yorğun olduğunu göstərir. Onun köməkçiləri də həyəcan təbili çalıb və bildiriblər ki, həbsxanada yeni ünsiyyət məhdudiyyətləri ona nə baş verdiyini bilməyə mane olur.

Navalnı 2020-ci ilin avqustunda Sibirdə daxili reysdə zəhərlənmə cəhdindən möcüzəvi şəkildə sağ çıxıb. Bundan sonra könüllü olaraq Rusiyaya qayıtmazdan əvvəl aylarla müalicə üçün Almaniyaya aparılıb. Vətəninə qayıdanda o, şərti azadlığa buraxılma şərtlərini pozduğu üçün dərhal həbs olundu.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »