Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin uğurlarından danışıb
Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin uğurlarından danışıb

"NATO Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson və Xarkov yaxınlığında bəzi uğurlarından xəbərdardır. Lakin uzun müharibəyə hazırlaşmaq lazımdır və Ukrayna hərbçilərini on minlərlə dəst qış geyimləri ilə təmin etmək lazımdır".

Bizimyol.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Diplomatların mətbuat konfransının yayımı alyansın saytında aparılır.

“Aldanmamaq və uzun müharibəyə hazırlaşmaq vacibdir. Ukrayna ordusunun sayı artıb və onun qışa hazırlığını təmin etmək, o cümlədən ona on minlərlə dəst qış geyimləri göndərmək lazımdır. Ümid edirəm ki, bu sahədə də birlik nümaiş etdirəcəyik və hərbçilərin təminatı üçün imkanlarımızı səfərbər edəcəyimizə inanıram. Fəsil dəyişikliyi ilə havaların soyuması səbəbindən yaxın günlərdə getimləri komplektləşdirib təhvil verəcəyimizə əmin olduğumu bildirirəm. Biz davamlı silah tədarükünü də zəflətməməliyik”, - deyə baş katib qeyd edib.

NATO Ukraynadakı müharibəni öz təhlükəsizliyinin təmin edilməsi elementi hesab etdiyi üçün alyans ölkələri Kiyevə silah tədarükünü hətta öz müdafiə imkanlarına ziyan vurmaqla artırmalıdır, deyə o vurğulayıb. Stoltenberq həmçinin bildirib ki, Şimali Atlantika Alyansı şərq sərhədində yeni qüvvələr yerləşdirir. Baş katib müharibənin davam etdiyi müddətdə, xüsusilə, müttəfiq dövlətlər Ukrayna müdafiə qüvvələrinin yanında olmalıdır.

Öz növbəsində, Pentaqonun rəhbəri Lloyd Ostin daha əvvəl bildirmişdi ki, NATO üzvü olan ölkələr Rusiya ilə münaqişəyə can atmır. Onun sözlərinə görə, Moskva üçün alyansdan heç bir təhlükə yoxdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »