Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MAQATE Rusiyanı ZAES-i tərk etməyə çağıracaq - Reuters
MAQATE Rusiyanı ZAES-i tərk etməyə çağıracaq - Reuters

MAQATE-nin Rəhbərlər Şurası Rusiyanı Ukraynadakı Zaporojye atom elektrik stansiyasını və digər nüvə obyektlərini tərk etməyə çağırmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, qətnamə layihəsini "Reuters" agentliyi dərc edib.

Polşa və Kanadanın BMT Təhlükəsizlik Şurasının iclası üçün hazırladığı sənəddə Rusiya Ukraynanın nüvə obyektlərində bütün hərəkətləri dayandırmağa çağırılır.

Bu layihə Şuranın mart ayında keçirilən fövqəladə iclasında qəbul edilmiş, yalnız Rusiya və Çinin qarşı çıxdığı qətnamənin davamıdır. Diplomatlar Rusiyaya ZAES-i işğaldan azad etmək və nüvə təhlükəsizliyini təhdid edən atəşi dayandırmaq üçün təsir göstərməyə ümid edirlər.

Jurnalistlərin tanış olduğu layihə mətnində deyilir ki, Rəhbərlər Şurası Rusiya Federasiyasının Ukraynadakı nüvə obyektlərinə qarşı davamlı zorakı hərəkətlərini, xüsusən də Rusiya qoşunlarının və Rosatom əməkdaşlarının ZAES-də olmasını qəbulolunmaz hesab edir.

Layihədə həmçinin Rusiyanı Ukraynanın Zaporojye atom elektrik stansiyasına və digər nüvə obyektlərinə qarşı bütün hərəkətləri dərhal dayandırmağa çağırır ki, səlahiyyətli orqanlar Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün nüvə obyektləri üzərində tam nəzarəti bərpa etmək imkanı əldə etsinlər.

Rəhbərlər Şurası MAQATE-nin baş direktoru Rafael Qrossinin “Zaporojye AES-in ətrafında nüvə təhlükəsizliyi və təhlükəsizlik zonası”nın yaradılması ilə bağlı son çağırışının əhəmiyyətini vurğulayıb.

Diplomatların sözlərinə görə, layihə Rəhbərlər Şurasının üzvü olmayan Ukrayna adından hazırlanıb və gələn həftə Direktorlar Şurasının rüblük iclasında rəsmi şəkildə təqdim edilməlidir. Bundan sonra müzakirələr və səsvermə olacaq.

Qeyd edək ki, martın 4-də rus işğalçıları ZAES-ni və peyk şəhəri Enerqodarı ələ keçirdilər. O vaxtdan bəri Rusiya ZAES ətrafında hərbisizləşdirilmiş zona yaratmaq təklifini rədd edib. Avqustun əvvəlindən işğalçılar vaxtaşırı atom elektrik stansiyasını və onun ətrafını atəşə tutur.

Ukrayna hökumətinin dəvəti ilə MAQATE müvəqqəti işğal altında olan Zaporojye atom elektrik stansiyasına baş çəkmək üçün missiya yaradıb və onlar sentyabrın 1-də baş direktor Rafael Qrossinin rəhbərliyi ilə ZAES-də olublar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »