Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyaya dron verən İran şirkətləri sanksiyaya məruz qaldı
Rusiyaya dron verən İran şirkətləri sanksiyaya məruz qaldı

Ukraynaya hücuma görə Rusiyadan dünyanın çox ölkələri üz çevirib. Daha çox Şimali Koreya və İran Kremlin yanında olmağa çalışır. Pxenyanın Moskvaya silah yardımı barədə son günlər çox danışılır. İran isə bir müddət əvvəl Rusiyaya pilotsuz uçuş aparatları vermişdi. Tehran buna görə cəzasız qalmayacaq.

Bizimyol.info xəbər verir ki, Rusiyaya dron verən İran şirkətləri sanksiyaya məruz qalıb. ABŞ Maliyyə Nazirliyi bununla bağlı məlumat yayıb. Məlumatdan belə anlaşılır ki, “Safiran Airport Services” daha böyük yükü üzərinə götürüb. Çünki bu şirkətin adı xüsusi fərqləndirilib. Bundan başqa, “Paravar Pars Company”, “Design and Manufacturing of Aircraft Engines” (DAMA) və “Baharestan Kish Company” Vaşinqtonun qəzəb obyekti olub.

İyulub 16-da ABŞ mətbuatı yazırdı ki, Rusiya nümayəndə heyəti İrandakı Kaşan aerodromuna iki dəfə baş çəkib. Burada pilotsuz uçuş aparatlarına baxış keçirilib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İranın Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı verməyə hazır olduğunu bildirmişdi. İyulun 19-da Rusiya Prezidenti Vladimir Putinin İran lideri İbrahim Rəisi ilə Tehrandakı görüşü də təsadüfi sayılmırdı.

Avqustun sonunda ABŞ mətbuatı yazmağa başladı ki, İran Rusiyaya pilotsuz uçuş aparatları göndərib. Söhbət “Mohajer-6” və “Shahed” nümunələrindən gedirdi.

ABŞ mətbuatının məlumatına görə, Rusiya İrandan aldığı dronları sınaqdan keçirib, narazı qalıb. Çünki pilotsuz uçuş aparatlarının istifadə prosesinin gedişində xeyli problemlər ortaya çıxıb. Buna baxmayaraq, Moskva geri çəkilmək fikrində deyil. İrandan yeni dronlar almaq planlaşdırılır.

Pilotsuz uçuş aparatları Kremlin yaralı yeridir. Ukrayna silahlı qüvvələri “Bayraktar”ların sayəsində az uğur qazanmayıb. Rusiya məhz buna görə alternativ variantlar axtarır. Çünki “Baykar” şirkəti Moskvaya dron satmağı düşünmür. Şirkət hətta Ukraynada pilotsuz uçuş aparatları zavodu tikməyi qarşısına məqsəd qoyub.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »