Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna Rusiyadan ən azı 300 milyard dollar təzminat tələb edəcək"
"Ukrayna Rusiyadan ən azı 300 milyard dollar təzminat tələb edəcək"

“Ukrayna Rusiyanın işğalı nəticəsində dəymiş ziyana görə Rusiyadan ən azı 300 milyard dollar təzminat tələb edəcək”.

Bizimyol.info Ukraynanın xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə fikirləri Ukraynanın ədliyyə naziri Denis Malyuska “Funke” media qrumuna açıqlamasında bildirib. Onun sözlərinə görə, Ukrayna BMT Baş Assambleyasında gələcəkdə zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasına əsaslanacaq qətnamənin qəbulunu tələb edəcək.

“Biz Rusiyanın aqressiv müharibəsi ilə Ukraynaya verdiyi bütün itkilərin ödənilməsini istəyirik”, - deyə Malyuska əlavə edib.

Qeyd olunur ki, Ukraynanın Rusiyanın işğalı nəticəsində itkiləri daha çox qiymətləndirilir, lakin Malyuskanın qeyd etdiyi məbləğ Rusiya Bankının G7 ölkələrində dondurulmuş aktivlərinin həcminə uyğun gəlir.

Ədliyyə naziri bu vəsaitlərə, eləcə də Rusiya dövlət müəssisələrinin xarici aktivlərinə və rus oliqarxlarının müsadirə olunmuş əmlakına çıxış tələb edib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna ədliyyə nazirinin müavini İrina Mudraya Ukraynanın beynəlxalq məhkəmələrdə Rusiyadan təzminat almaq perspektivinin olmadığını bildirmişdi. Buna səbəb kimi isə Rusiyanın Avropa Şurasından çıxmağını elan etməsi və qanunvericilik səviyyəsində AİHM-in 2022-ci il martın 15-dən sonra qəbul etdiyi qərarların ölkədə icra olunmayacağını müəyyən etməsi göstərilmişdi.

Həmçinin o, əlavə etmişdi ki, bu günə qədər müsadirə edilmiş Rusiya vəsaitləri Ukraynanı bərpa etmək üçün kifayət etməyəcək.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »