Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan qalmaqallı paylaşım: Terrorçulara türkcə başsağlığı verdi
ABŞ-dan qalmaqallı paylaşım: Terrorçulara türkcə başsağlığı verdi

Suriyanın Haseki vilayətinin Kamışlı rayonunun İraqla sərhədini birləşdirən avtomobil yolunda Əl Hol düşərgəsində ötən gün terror təşkilatı İŞİD-in həyata keçirdiyi hücumda 2 PKK terrorçusu öldürülüb.

Bizimyol.info xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) türkcə mesaj dərc edərək terror təşkilatına başsağlığı verib.

CENTCOM-un rəsmi hesabında dərc olunan mesajın türkcə olması diqqət çəkib.

"SDQ tərəfdaşlarımız Suriyada Əl Holdən qaçmağa çalışan İŞİD-in köməkçiləri tərəfindən 2 itki verib. Biz başsağlığı veririk və bu kritik işdə tərəfdaşlarımızı dəstəkləməyə sadiq qalırıq”,- deyə mesajda qeyd edilib.

Xatırladaq ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığının bölmələri ötən gün Şırnakın Cizrə rayonunun qarşısındakı Derik qəsəbəsində PKK-YPG terrorçuları ilə birgə təlim keçirib.

Qeyd edək ki, Əl Hol düşərgəsi 2013-cü ildə Suriyadakı vətəndaş müharibəsi ilə İŞİD-in əlinə keçərək təşkilatın mühüm qalalarından birinə çevrilib.

Lakin bu, uzun sürməyib. Terror təşkilatı PKK-YPG ABŞ və digər koalisiya tərəfdaşlarının dəstəyi ilə 2015-ci il oktyabrın 13-də böyük qanlı toqquşmalardan sonra buranı İŞİD-dən alıb və hələ də terror təşkilatı PKK-YPG-nin işğalı altındadır.

Məlumat üçün bildirək ki, Əl Hol düşərgəsində əsir götürülən İŞİD terrorçuları və onların ailə üzvləri girov kimi saxlanılır.

Bundan əlavə, ötən gün İŞİD-in qadın qiyafəsində qara çadra geyinmiş terrorçusu Əl-Hol düşərgəsinə soxularaq, oradakı PKK-YPG terrorçularından ikisini öldürüb, 7-sini isə ağır yaralayıb.

Hadisədə 1 İŞİD terrorçusu öldürülüb, 6 nəfərlik isə terror qruplaşması terror təşkilatı tərəfindən əsir götürülüb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »