Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldən Ərdoğan-Putin bəyanatı
Kremldən Ərdoğan-Putin bəyanatı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin gələn həftə Özbəkistanda keçirəcəkləri görüşdə taxıl dəhlizi sazişini müzakirə edəcəyi açıqlanıb.

Bizimyol.info xəbər verir ki, Putin Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanan taxıl dəhlizi müqaviləsində müəyyən edilən daşıma marşrutunda dəyişiklik edilməli olduğunu bildirib. Ötən gün Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda verdiyi açıqlamada Rusiya lideri Ərdoğanla görüşmək qərarına gəldiyini qeyd edərək, Ukraynadan gələn taxılın aşağı gəlirli ölkələrə deyil, Avropa Birliyinə göndərildiyini bildirib.

Türkiyə Prezidenti Ərdoğan həmçinin “Rusiyaya qarşı bu sanksiyalar davam edərkən, onlara qarşı bunu edən ölkələrə taxıl daşınması da cənab Putini narahat edir. Bunun aradan qaldırılması üçün Səmərqənddə Putinlə bu məsələləri müzakirə edəcəyik. Biz də istəyirik ki, taxıl daşınması Rusiyadan başlasın”,- deyə bildirib.

Kremlin sözçüsü Dmitri Peskov da “Putin və Ərdoğan arasında görüş mümkündür və lazımdır. Ümid edirik ki, bu, Səmərqənddə baş verəcək”, - deyə bildirib. Peskov taxıl sazişinin həyata keçirilməsi şərtlərinin “ədalətsiz” olduğu fikrini təkrarlayıb. Rusiya rəsmisi bəyan edib ki, Rusiyanın Qara dənizdən kənd təsərrüfatı məhsullarını ixrac etməsi üçün əlavə tədbirlər görülməlidir.

Qeyd edək ki, BMT-nin məlumatına görə, taxıl müqaviləsi ilə Ukrayna limanlarından çıxan taxıl məhsullarının 30 faizi aşağı və ya orta gəlirli ölkələrə gedib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »