Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Regional güc olan Türkiyəni heçə sayaraq nəsə əldə etmək mümkün deyil"
"Regional güc olan Türkiyəni heçə sayaraq nəsə əldə etmək mümkün deyil"

Avropa İttifaqı (Aİ) gələn ay Çexiyada keçiriləcək Aİ Zirvə Toplantısı zamanı Türkiyə də daxil olmaqla 17 ölkəni liderlər səviyyəsində keçiriləcək “Avropa Siyasi Birliyi” toplantısına dəvət etməyə hazırlaşır. Aİ-nin yüksək rütbəli rəsmisinin verdiyi məlumata görə, “Avropa Siyasi İcması” toplantısı 6-7 oktyabr tarixlərində Çexiyanın Aİ-nin müvəqqəti prezidentinin ev sahibliyi ilə Praqada keçiriləcək qeyri-rəsmi Aİ Liderlər Sammitindən əvvəl planlaşdırılır. Aİ-nin 27 üzvü ilə yanaşı, Türkiyə, Qərbi Balkan ölkələri Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo və Bosniya və Herseqovina, həmçinin Norveç, Lixtenşteyn, İsveçrə, İngiltərə, İslandiya, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycan liderlər səviyyəsində dəvət olunacaq. Ancaq son günlər Yunanıstan və Kiprin Türkiyə ilə münasibətlərində gərginlik müşahidə edilir.

  • Oktyabra qədər nə baş verə bilər?
  • Yunanıstanla Türkiyə arasında yenidən alovlanan gərginlik nəyin xəbərçisidir?

“Bilirsiniz ki, Türkiyə illərdir, Avropa Birliyinə tam üzv olmaq üçün namizəd olaraq gözləyir. Gözləməsinin əsas səbəblərindən biri Yunanıstan və Cənubi Kiprdir. Bu, əslində Avropanın ikili standartlarının bir sübutudur. Türkiyəni "yox" hesab etmək istəyirlər. Ancaq Türkiyə bu gün Qafqazda, Orta Asiyada, Balkan Yarımadasında, Liviyada, Suriyada, İraqda, Rusiya-Ukra müharibəsində, Putin və Rusiya ilə tək ünsiyyəti olan ölkə pozisiyasındadır”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz danışıb. O, bildirib ki, Türkiyə Putinlə, Zelenski ilə danışa bilən nadir ölkələrdən biridir.

Yücel Karauz Yücel Karauz

“Yəni Yunanıstanın və Kipr Rum hissəsinin bu davranışı boş şeydir. Avropa Birliyi başa düşməlidir ki, bu qədər regional bir güc olan Türkiyəni heçə sayaraq, nəsə əldə etmək mümkün deyil. Yəni bu gün Avropa Birliyinə daxil olan Rusiya dağıldıqdan sonra Sovet İttifaqı dağıldıqdan sonra girən ölkələrin heç biri əslində heç biri Avropa Birliyi standartlarını yerinə yetirmir” - deyə Karauz qeyd edib. Onun sözlərinə görə, sırf Yunanıstanı və Kipri məmnun etmək üçün əgər belə davranışlar sərgiləyərlərsə, bu ikili standartdır: "Ermənistanın dəvət edildiyi bir yerə Türkiyəni dəvət etməmək ikili standartdır. Səhv baxışdır və qərəzdir".

“Türkiyənin ora getməsi Türkiyəyə heç nə qazandırmaz. Amma Türkiyənin orda olmaması... Geopolitik və geostrateji olaraq, dünyada əhəmiyyəti olan, eyni zamanda İranla da danışa bilən nadir ölkələrdən biridir Türkiyə. Qısası, bu davranışlar Avropa İttifaqını kiçildir, Yunanıstanın oyuncağı olmağın zərərlərini onlar Yunanıstanla bərabər çəkərlər”,- deyə Karauz qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »