Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kraliçanın ölümündən sonra “London körpüsü” əməliyyatı başlayıb
Kraliçanın ölümündən sonra “London körpüsü” əməliyyatı başlayıb

Ötən gün uzun müddətdir ki, sağlamlığı ilə bağlı problemlər yaşayan Kraliça 2-ci Elizabet vəfat etdi. Kraliça Elizabet ötən il bir çox səfərlərini həkim məsləhəti ilə ləğv etmişdi. Bundan sonra o mərasimlərə tək qatılmırdı. Birləşmiş Krallıqda hələ keçən ildən Elizabetin səhhəti ilə bağlı ciddi narahatlıq vardı.

  • Kraliçanın vəfatından sonra hansı prosedurlar baş tutacaq?

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Krallığın hələ mühüm rol oynadığı ölkələrdə bütün ölkəyə təsir edən vəziyyətlər üçün xüsusi kod adları var. Kraliça Elizabetin vəfatı ilə bağlı istifadə olunacaq kodun adı “London körpüsü” əməliyyatıdır. II. Elizabet vəfat etdikdən sonra Kraliçanın şəxsi katibi Edvard Yanq əvvəlcə Böyük Britaniyanın baş nazirinə “London körpüsü dağıldı” mesajı göndərəcək. Daha sonra kraliçanın hökmranlıq etdiyi Şotlandiya, Şimali İrlandiya və Saint Adaları kimi 15 ölkəyə və simvolik olaraq rəhbərlik etdiyi Britaniya Millətlər Birliyinə daxil olan 36 ölkəyə gizli xətt vasitəsilə məlumat verilərək, “London Körpüsü” əməliyyatının başlandığı bildiriləcək. Kraliçanın öldüyü gün II. Elizabetin taxt-taca ən yaxın olan oğlu Şahzadə Çarlz padşah kimi taxta çıxacaq və anasının ölümünə yas saxlamağa icazə verilmədən həmin gün xalq qarşısında çıxış etməli olacaq. Şahzadə Çarlz çıxışından sonra Böyük Britaniyanın London, Kardiff, Edinburq və Belfast şəhərlərində hökumət rəsmilərini ziyarət edəcək və qısa görüşlər keçirəcək.

Böyük Britaniya krallığına aid olan yayımcı BBC bir müddət normal yayımını dayandıracaq və yalnız kraliçanın ölümü ilə bağlı xəbərlərə yer verəcək. BBC-nin ağ emblemi matəm dövründə qara rəngə boyanacaq. Yalnız BBC-nin deyil, demək olar ki, bütün Britaniya yayımçılarının matəm müddətinə hörmətlə yanaşması gözlənilir. Bu müddət ərzində televiziyada heç bir əyləncə verilməyəcək və II. Elizabetin dəfni ilə bağlı bütün təfərrüatlar fasiləsiz olaraq ictimaiyyətlə paylaşılacaq. Xəbərin olmadığı hallarda II. Elizabetin xatirəsinə kraliça haqqında əvvəlki sənədli filmlər paylaşılacaq.

Böyük Britaniyanı gözləyən ən pis şeylərdən biri ölkə daxilində bütün birjaların, mağaza və müəssisələrin ən azı bir gün bağlanması olacaq. Bütün bazarların bağlanması səbəbindən ölkənin milyardlarla funt sterlinq itirəcəyi gözlənilir.

Bundan əlavə, London Körpüsü əməliyyatının bitdiyi və Şahzadə Çarlzın tacqoyma mərasiminin keçirildiyi gün yuxarıda qeyd olunan bütün yerlər milli bayramla əlaqədar bir daha bağlanmalı olacaq. II. Elizabetin tabutu əvvəlcə dörd gün saxlanacağı Bukingem Sarayına gətiriləcək və bu müddət ərzində heç kimin tabuta yaxınlaşmasına icazə verilməyəcək. 4 gündən sonra tabut Vestminster Sarayına aparılacaq, burada yalnız kral nəslindən olanlar tabutu ziyarət edə biləcək. Bütün kral ailəsi səfərini etdikdən sonra Vestminster sarayının qapıları bütün ictimaiyyətin üzünə açılacaq və kraliçaya yas saxlamaq istəyənlər saraya gəlib kraliçanın tabutunu görə biləcəklər.

Dəfn mərasiminin kraliçanın ölümündən 10-12 gün sonra tamamlanacağı gözlənilir. Dəfn günü səhər saat 11:00-da Big Benin zəngləri Kraliça üçün çalınacaq. Və bütün Böyük Britaniya susacaq. Sonra kraliçanın cəsədi atasının dəfn edildiyi George kilsəsinə aparılacaq. Bununla da London körpüsü əməliyyatı başa çatmış hesab ediləcək.

Daha sonra...

Britaniya funtu əskinaslarında II. Elizabetin şəkli silinəcək. II. Elizabetin öldüyü gün taca sahib olacaq varisin fotoşəkilləri Britaniya funt sterlinqlərində nümayiş etdiriləcək.

Şahzadə Çarlz hazırda taca ən yaxın adam olduğundan, bütün yeni buraxılmış əskinasların üzərində Çarlzın şəkli olacaq. Elizabetin əks olunduğu əskinaslar da yavaş-yavaş köhnələcək. Eyni prosedur pasportlara, polis və ordu geyimlərinə və məktub ştamplarına da şamil olunacaq.

Şahzadə Çarlz II. Elizabetin ölümündən dərhal sonra kral titulu daşıyacaq. Tacqoyma mərasiminin keçirilməsi üçün isə, ən azı 1 il keçməlidir. Kral ailəsinin toy, şadlıq və yas mərasimləri kimi tədbirlərə böyük pullar xərclədiyi məlum faktdır. Lakin kralın 70 ildən çox sonra keçiriləcək tacqoyma mərasimi üçün böyük sərvət xərcləyəcəyi gözlənilir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »