Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ BMT-də islahatlar aparmaq istəyir
ABŞ BMT-də islahatlar aparmaq istəyir

ABŞ BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının tərəfdarıdır, xüsusən də onun üzvlərinin veto hüququndan istifadə etməsi ilə bağlı.

Bizimyol.info xəbər verir ki, bu barədə “Avropa həqiqəti” nəşrinə açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

O, Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın nizamnaməsinin əsasına zərbə vurduğunu bildirib.

"Rusiya qonşu dövlətin milli suverenliyini, ərazi bütövlüyünü pozdu, həm ökə daxilində, həm də təcavüz etdiyi ölkələrdə insan hüquqlarını pozur və o, iki ölkə münasibətlərini sülh danışıqları ilə tənzimləmək əvəzinə açıq müharibəyə başlamağa üstünlük verdi", - deyə Tomas-Qrinfild qeyd edib.

Rusiyanın hərəkətlərinə görə ABŞ BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təşəbbüslərini artıracaq. Söhbət veto qoyulması qaydalarının dəyişdirilməsindən gedir: indi daimi üzvlər bunları Baş Assambleyaya izah etməli olacaqlar.

"Təhlükəsizlik Şurası həm də qlobal reallığı daha yaxşı əks etdirməli və coğrafi təmsilçiliyi nəzərə almalıdır. Biz köhnəlmiş status-kvonu saxlamamalıyıq. Əvəzində məsuliyyət naminə güzəştə getmək üçün çevik olmalıyıq. Bundan əlavə təcavüzkar dövlət qurumun qərarlarına veto qoymaq kimi hüquqa sahib ola bilməz. Bu ona hüquqi baxımdan əsaslı olaraq BMT-nin işini pozmaq şansı yaradır. İslahatlar paketi hazırlanan zaman bu kimi hallar nəzərə alınacaq", - Tomas-Qrinfild bildirib.

O, həmçinin ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenin iştirakı ilə “Təhlükəsizlik Şurasının və BMT-nin digər qurumlarının islahatları ilə bağlı kritik məsələlərlə bağlı” məsləhətləşmələrin keçiriləcəyini açıqlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »