İngiltərə Baş naziri Liz Truss, İcmalar Palatasındakı çıxışında, enerji qiymətlərindəki artımla bağlı administrasiyasının gördüyü ehtiyat planını açıqladı. Truss bildirib ki, oktyabrın 1-dən bütün Böyük Britaniya mənzil kommunal təsərrüfatlarının illik enerji ödənişlərinin yuxarı həddi 2500 funt sterlinq səviyyəsində müəyyən ediləcək.
Bizimyol.info xəbər verir ki, tətbiqin 2 il davam edəcəyini açıqlayan Truss, planla birlikdə illik enerji ödənişlərinə təxminən min lirəyə qənaət edəcəyini söylədi.
"Bu həftənin əvvəlində mən Böyük Britaniya ailələrinin və bizneslərinin üzləşdiyi artan enerji qiymətlərinin qayğısına qalacağıma söz verdim. Bu gün mən o vədi yerinə yetirirəm. Bu hökumət insanlara enerji ödənişlərinə yeni enerji qiymət zəmanəti təklif etmək üçün təcili tədbirlər görür. Biz inflyasiyanın və artımın sürətləndirilməsinin qarşısını alacağıq. Oktyabrın ilk günündən etibarən biz mənzil kommunal təsərrüfatlarının növbəti 2 il ərzində ildə 2500 funt sterlinqdən çox ödəniş etməməsini təmin edəcəyik", - deyə baş nazir bildirib.
Plana İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanın daxil olacağını ifadə edən Truss, keçmiş baş nazir Boris Consonun rəhbərliyində daha əvvəl açıqlanan 400 funt sterlinqlik yardımın da tətbiq ediləcəyini bildirib. Truss əlavə edib ki, maliyyə naziri vəzifəsinə təyin edilmiş Kvasi Kvarteq planın necə maliyyələşdiriləcəyi ilə bağlı ətraflı məlumat verəcək.
Truss çıxışında enerji xərclərini azaltmaq üçün beynəlxalq təchizatçılarla müqavilələr bağlamaq üçün enerji təchizatı üzrə işçi qrupunun yaradılacağını bildirib. Enerji şirkətlərinin uzunmüddətli enerji müqavilələri almasına imkan yaratmaq üçün 40 milyard funt sterlinqlik yeni planın yaradılacağını deyən Truss: "Böyük Britaniyanın enerji təhlükəsizliyi və təchizatı ilə bağlı qısamüddətli yanaşmanı dayandıracağam", - deyib.
Truss bildirib ki, Şimal dənizi qazı üçün 100-dən çox gözlənilən yeni lisenziyalar dövrü olacaq. Yaşıl enerjiyə də sərmayə qoyacaqlarını ifadə edən Truss: “Elektrik qiymətlərinin marjinal qaz qiymətinə görə təyin olunduğu vəziyyətə son qoyacağıq. Güvənli enerji təchizatı inkişaf və tərəqqi üçün həyati əhəmiyyət kəsb edir, lakin çox uzun müddətdir ki, diqqətdən kənarda qalıb. Bu, bizə daha güclü, daha möhkəm Böyük Britaniya qurmağa kömək edəcək”, - deyib.
Qadir, Bizimyol.info