Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Uşaqların cinsəl məlumatı məhlədən, internetdən formalaşır"
"Uşaqların cinsəl məlumatı məhlədən, internetdən formalaşır"

Cinsi mövzu, bizim cəmiyyətdə tabu olan bir mövzudur. Buna görə də, bizim gələcək nəsil maariflənmiş şəkildə böyümür. Bir neçə gün öncə 13 yaşlı qızın 15 yaşlı oğlandan uşaq dünyaya gətirməsi də, məhz cinsi məlumatların kasadlığından irəli gəlir. Ama valideynlər uşaqları ilə bu mövzuda danışmağı öyrənsələr bu və bu kimi daha təhlükəli hallar yaşanmaz.

“9-cu sinifdə “Anatomiya” dərsi keçiriləndə 39, 40-cı paraqflar tədris olunmur. Çünki müəllim bu haqqda uşaqlara heç bi məlumat vermək istəmir. Təbii ki, bu məsuliyyət kiminsə üzərinə buraxılanda o zaman cəmiyyət hansısa bir mövzuda tamamilə savadsız və anlayışsız böyüyür. Uşaqların cinsəl mövzuda məlumatı məhlədən, internetdəki resurslardan formalaşır. Bu da təbii ki, yanlış istiqamətdə olur”.

Bu barədə Bizimyol.info xəbər portalına psixoloq Ramin Hacıyev danışıb. O, hesab edir ki, bu mövzuda uşaqlara düzgün məlumatın verilməsi bağçadan başlanılmalıdır. Çünki orada müxtəlif sosialyönlü cizgifilmlərdə belə uşaqlara nə isə izah edilməlidir.

Ramin Hacıyev Ramin Hacıyev

“Məsələn, iki dovşan görüşdü, bir-birindən xoşu gəldi və balaca dovşan əmələ gəldi. Yəni uşaq başa düşməlidir ki, bu hansı prosesin nəticəsində baş verir. Hansısa bir formada uşağa izah edilməlidir. İndi elə dövr deyil ki, uşağa deyilsin ki, “Durna uşağı gətirdi”, “Uşaq kələmdən tapıldı”. İndiki uşaqlar onsuz da bu cəfəngiyatlara inanmır. Amma hər bir halda biz özümüzü sığortalamaq üçün hansısa bir informasiyanı düzgün formada çatdırmaq üçün çalışmalıyıq.

Mənim yanıma yeniyetməlik dövründə uşaqlar gətirirlər. Valideynlər öz uşaqları ilə danışa bilmirlər. Bunu kimsə kənardan edəndə daha rahat formada alındıra bilir” - deyən psixoloq qeyd edir ki, bu məsələni ictimailəşdirməyə ehtiyac var. Bu mövzu, məktəbdən başlamalıdır. Psixoloqlar yardım göstərməlidir. Hansısa bir qaynar xətt olarsa, dəyişiklikdən söhbət gedə bilər.

“Yeniyetmələr böyüyəndə, psixikaları formalaşan zaman onlara qoruyuculardan istifadə edilməsi izah edilməlidir. Başa salmaq lazımdır ki, özünü belə formada yoluxucu xəstəliklərdən qoruya bilər. Həm də belə xoşagəlməz hallardan sığortalanmış olar. Yəni bu yaşlarda arzuolunmaz hamiləliklə qarşılaşmazlar. Bu səbəbdən də, media işçilərinin, jurnalistlərin, psixoloqların, müəllimlərin və ailə üzvlərinin əməyi olmalıdır. Bu zaman gələcək nəslin sağlam yetişdirilməsindən söhbət gedə bilər”,- deyə psixoloq qeyd edib.

Ramin Hacıyev bildirib ki, cinsi tərbiyənin olmaması təkcə arzulounmaz hamiləlik deyil, bu zmana AİDS, hepatitlər, hasısa digər cinsi yolla keçən infeksion xəstəliklərin baş erməsi problemi var. Hansı ki, bu xəstəliklər müalicə edilmədiyi təqdirə xronikilləşir, daxili orqanlara xələl yetirir, sonsuzluq olaraq meydana çıxır.

“Azərbayan cəmiyyəti olaraq biz hamımız övlada bağlıyıq. Sonra məlum olur ki, bu nə vaxtsa yeniyetməlik dönəmində hansısa bir yoluxucu xəstəlik keçirib və müalicə olunmadığı üçün o xəstəliyin nəticəsi olaraq sonsuzluq problemi yaşayır. Bu səbəbdən də cinsi məlumatların olmamasını təkcə arzuolunmaz hamiləliklərlə yekunlaşdırmaq olmaz. Mövzu daha ciddi və dərindir. Aysberqin görünməyən tərəfləri var” - deyə psixoloq əlavə edib.

Psixoloq Ramin Hacıyev vurğulayır ki, sağlam genofondun olması üçün köhnə tipli düşüncələrdən vaz keçmək lazımdır. Bu kimi halların olması artıq bir göstəricidir ki, cəmiyyət köhnə fikirlərdən daşınmalıdır. Gələcəyimizi bu kimi xoşagəlməz hallardan qorumaq üçün artıq köklü dəyişikliklər edilməli, addımlar atılmalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »