Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğrudanmı zoğal mürəbbəsi hər dərdə dərmandır?..
Doğrudanmı zoğal mürəbbəsi hər dərdə dərmandır?..

Havalar bir qədər soyuyan kimi qrip, soyuqdəymə ortaya çıxır. Bu zaman isə, hamımız zoğal mürəbbəsinə üstünlük veririk. Hətta yaxınlarımızdan kimsə xəstələndiyi zaman “zoğallı çay iç, keçəcək” deyirik.

Bizimyol.info bu gün zoğalın, zoğal və zoğal mürəbbəsinin faydaları haqqında məlumat verəcək: Doğrudanmı zoğal mürəbbəsi şəfa verir?

Zoğal C vitamini ilə zəngindir. İnsan orqanizmində təbii antioksidant rolunu oynayan zoğal orqanizmi sərbəst radikallardan təmizləyərək, immunitet sistemini gücləndirir. Zoğalın faydaları arasında bədənin ən vacib orqanı olan ürəyə faydaları danılmazdır. Təbii antioksidant olan zoğal sayəsində ürək xəstəliklərinə tutulma riski azalır.

Zoğalın tərkibindəki flavonoidlər antioksidan xüsusiyyətləri sayəsində qanımızda xolesterin, yağ və kalsiumun yığılması nəticəsində damarların tıxanmasının qarşısını alır. Beləliklə, ürək xəstəlikləri riski minimuma endirilir və ürəyin nizamlı işləməsi təmin edilir.

Zoğalın digər mühüm faydası isə xərçəng riskini azaltmasıdır. Mütəxəssislər zoğal suyunun müntəzəm istehlak edilməsinin vacibliyini xüsusilə vurğulayaraq, zoğalın şiş əleyhinə xüsusiyyətlər göstərdiyini və bədəndə şişlərin böyüməsini dayandırdığını bildirir.

Zoğalın faydalarından biri də tənəffüs yolları infeksiyalarına xeyirli olmasıdır. Məlumdur ki, zoğal qurusu ilə çay içmək qrip, xüsusilə qışda soyuqdəymə kimi xəstəliklərlə mübarizə aparır. Bu səbəbdən, bitki çaylarının əksəriyyətində qurudulmuş zoğal var.

Bakteriyalarla mübarizə aparan və mikrobların bədənimizdən sürətlə çıxarılmasını təmin edən zoğal uşaqlarda qulaq və tənəffüs yolu infeksiyalarının yaranmasının da qarşısını alır. Kalsiumla zəngin olan zoğal diş minasının möhkəmlənməsinə imkan verir. Diş çürüməsinin qarşısını alır.

Zoğal mürəbbəsini bişirmək o qədər də çətin proses deyil. Aşpaz Zülfiyyə Həsənova Bizimyol.info oxucular üçün zoğal mürəbbəsi hazırlanması barədə danışıb.

“Zoğal mürrəbəsi hazırlanarkən zoğalın 1 kiloqramı üçün 1 kiloqram şəkər, 1/2 stəkan su və 1/2 stəkan limon suyu götürülür. Zoğalı bol suda yuyun və artıq suyunu süzün, sonra dərin bir qazana köçürün. Şəkər tozu ilə qarışdırıb qapalı bir qazanda saxlayın. Zoğalın suyunu buraxması üçün bir gecə şəkər tozu ilə saxlanması önəmlidir. Sonra az miqdarda su əlavə edərək qaynadın. 45-50 dəqiqə zəif odda bişirin. Bişirmə prosesinin sonuna yaxın qatılaşan mürəbbəyə təzə sıxılmış limon suyunu əlavə edib ocaqdan götürün. Əvvəlcədən qaynadılmış, təmiz və quru bankaya doldurun və qapağı sıx bağlayın”,- deyə o qeyd edib.

Otaq temperaturunda soyumuş mürəbbəni istidən və işıqdan qorunan qapalı yerdə saxlayın. İstifadəyə başladıqdan sonra soyuducuda saxlayın.

Yeri gəlmişkən, qeyd edək ki, soyuqdəymə üçün zoğal çayı bədəndən patogen toksinləri çıxarır. Xalq təbabətində angina zamanı tez-tez zoğal suyundan istifadə olunur. Zoğal suyunun içərisinə bir neçə qaşıq bal əlavə edilir və içilir. Boğaz ağrısı zamanı boğazı zoğal şirəsi ilə yaxalamaqda fayda var.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »