Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya rumıniyalı diplomatı persona non qrata elan edib
Rusiya rumıniyalı diplomatı persona non qrata elan edib

Moskva cavab olaraq Rumıniyanın Rusiyadakı səfirliyinin əməkdaşını persona non qrata elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Sentyabrın 8-də Rumıniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Konstantin İonita Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və orada ona nazirliyin Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsinə dair notası təqdim edilib”, - deyə məlumatda bildirilir.

“Bu tədbir Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını persona non-qrata elan etmək barədə əvvəllər qəbul etdiyi əsassız qərara cavabdır”, - deyə nazirlik qərarın verilmə səbəbini izah edib.

Avqust ayında Rumıniya hakimiyyəti Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarmaq barədə qərar verib.

Aprelin 5-də Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını persona non qrata elan edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın o zaman vurğuladığı kimi, Moskva bu addımı ABŞ və müttəfiqlərinin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını gözdən salmaq kampaniyasının bir hissəsi kimi qiymətləndirdi. Moskva mayın 13-də Rumıniyanın hərəkətlərinə cavab olaraq, ölkənin Rusiyadakı səfirliyinin on əməkdaşını persona non-qrata elan edib.

Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin qərarı ilə rus ordusu Ukrayna ərazisinə daxil olub. Bundan sonra dünyanın əksər dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etmək barədə razılığa gəldilər. Bu sanksiyalara dövət və hökumət nümayəndələri, tanınmış şəxslər, diplomatik kortusların əməkdaşları, şirkətlər və s. adları daxil edilib. Rusiyanın "xüsusi hərbi əməlliyat" adlandırdığı müharibə yeddinci aydır ki, davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »