Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: İrandan Rusiyaya naməlum yüklər daşınır
KİV: İrandan Rusiyaya naməlum yüklər daşınır

Son günlər İranın yük təyyarələri kütləvi şəkildə Moskvaya gəlməyə başlayıb.

Bizimyol.info "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Flightradar" uçuş izləmə portalının verdiyi məlumatda bildirilir.

Portalda İranın dövlət aviaşirkəti “Iran Air”in “Boeing 747-21AC” daşıyıcısının hərəkəti ilə bağlı məlumatlar yer alıb: "Təyyarə sentyabrın 4-də saat 20:08-də Moskva Şeremetyevo hava limanına enib. Ertəsi gün, sentyabrın 5-də "Boeing 747"-nin həmin hava limanından yenidən İrana uçub",- deyə məlumatda qeyd olunur.

Hərbi Xəbər Telegram kanalının məlumatına görə, ümumilikdə, avqustun 21-dən İrandan Rusiyaya üç belə uçuş müşahidə edilib. Verilən məlumata görə, İran təyyarələrində hansı yükün daşındığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Avqustun 30-da “The Washington Post” qəzeti yazıb ki, İran Rusiyaya Ukraynada istifadə oluna bilən pilotsuz uçuş aparatları (PUA) göndərib. İddialara görə, Tehran Moskvanı "Mohajer-6" və "Shahed" seriyalı cihazlarla İrana məxsus yüzlərlə digər, artilleriyaya və digər hərbi hədəflərə hücumlar üçün sursat daşıya bilən  müxtəlif tipli PUA-nın təhvil verilməsinə dair razılaşmanın bir hissəsi kimi təmin edib.

Kremlin sözçüsü Dmitri Peskov “The Washington Post”un PUA-nın Rusiyaya daşınması ilə bağlı xəbərini saxta adlandırıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna silahlı Qüvvələri kəşfiyyat məlumatlarına əsasən bildirmişdi ki, Rusiyanın İrandan aldığı "Mohajer-6" və "Shahed" PUA-ları istifadəyə yararsız olub. Məlumatda bildirilib ki, PUA-larda texniki nasazlıqlar aşkar edilib və rus ordusu bundan istifadə etməkdən imtina edərək aparatların təkmirləşdirilməsinə ehtiyac olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »