Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu növ avtomobillər üçün kredit faizləri yüngülləşdiriləcək"
"Bu növ avtomobillər üçün kredit faizləri yüngülləşdiriləcək"

"Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ekoloji təmiz elektrik və hibrid avtomobilləri, onların istifadəsi üçün zəruri olan enerji doldurucularının idxalı və satışına edilən bir sıra maliyyə güzəştlərinin tətbiqi nəticəsində ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artım olub".

Bu barədə yerli mətbuata Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov danışıb. O, qeyd edib ki, 2022-ci ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 min 201 ədədini, yəni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib. Şöbə müdiri əlavə edib ki, bu il ərzində idxal olunan hibrid nəqliyyat vasitələri ötən il ilə müqayisədə 958 ədəd (13 faiz) çox olub. Elektrik mühərrikli nəqliyyat vasitələri isə 215 ədəd, yəni 2021-ci il ilə müqayisədə təxminən 4,5 dəfə çox idxal olunub.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2015-2106-cı il manatın devalvasiyasından sonra ölkəyə daxil olan avtomobillərin qiyməti manat ekvialentində çox yüksəlib. Təbii ki, buna görə də vətəndaşlar üçün avtomobillər əlçatmaz oldu.

Eldəniz Cəfər Eldəniz Cəfər

“Bundan əlavə sonrakı dövrlərdə kredit şərtləri ağırlaşdırıldı, çətinləşdirildi. Kreditlə avtomobil almaq da vətəndaşlar üçün çətin oldu. Çünki ilkin ödəniş məbləğləri yüksəldi. İdxal olunan avtomobiləringömrük rüsumları artırıldı. Mühərrik həcminə görə, alınan aksiz vergisinin rüsumları artırıldı. Bununla da vətəndaşlar daha çox mühərrik həcmi kiçik olan və eyni zamanda yanacaq baxımından qənaətcil olan avtomobillərə üstünlük verdilər. ABŞ-ın ikinci əl avtomobil bazarından ölkəmizə avtomobil daşınması sürətləndi. Xüsusən də belə avtomobilərin taksi fəaliyyətində daha əlverişli olduğu üçün bu gün də bizim ölkəmizdə bu növ avtobillərin idxalı davam edir”,- deyə ekspert əlavə edib. Onun sözlərinə görə, ekoloji təmiz avtomobillərə maraq böyükdür.

Bu gün Azərbaycanda yeni avtomobil almaq istəyənlər rəsmi dilerlərə müraciət edərək, öncə hibrid avtomobillərlə, daha sonra benzin avtomobillərlə maraqlanırlar. Hibrid avtomobillərin ölkəmizdə idxal payının artması sevindirici bir haldır. Çünki bu avtomobillər ekoloji təmiz avtomobillər hesab edilir. Onların atmosferə buraxdığı CO2 karbon qazının miqdarı olduqca azdır. Bununla yanaşı elektrik mührrikli avtomobillərin də idxalının ölkəmizə artması yenə də təqdirəlayiq haldır. Bu onu göstərir ki, vətndaşlarımız təhlükəsizlik baxımından yenə dəlaqyid deyillər.

Eldəniz Cəfər qeyd edir ki, bu məsələləri sürətləndirən dövləət proqramları da mövcuddur. Dövlət bu istiqamətdə müəyyən stimulaşdırıcı işlər görür.

“Ötən ilin dekabr ayında bununla bağlı, ölkəmizə daxil olan ekoloji təmiz avtomobillərin sayının artırılması, ölkə daxilində istismarını stimulaşdırmaq üçün müəyyən addımlar atıb. Bu ilin yanvar ayının 1-dən bizim ölkəmizə idxal zamanı ƏDV-dən azad edilib. Belə olan halda, qiymətlər bir qədər enib. Az da olsa, bu növ avtomobillər vətəndaşlar üçün əlçatan olub. Bu növ avtomobillərin kreditlə satışı zamanı faizlərinin yüngülləşdirilməsi də olacaq. Artıq Mərkəzi Bank bunu elan edib”,- deyən ekspert əlavə edib ki, ekoloji təmiz avtomobil olan elektrik mühərrikli avtomobillər almaq istəyən vətəndaşlarımız avtomobilin ümumi məbləğinin 10 faizini ilkin ödəniş edərək, hibrid avtomobil almaq istəyən vətəndaşlarımız da avtomobilin ümumi məbləğinin 20 faizini ödəniş edərək, belə avtomobillərə sahib ola bilərlər.

Ekspertin sözlərinə görə, ölkəmizdə elektromobillərin istifadəsi üçün uyğun şəraitin təmin olunmasına ehtiyac var. Halhazırda belə avtomobillər üçün elektrikdoldurma məntəqələrinin sayının artırılması istiqamətində müəyyən işlər aparılır. 2022-ci ildə elektromobillər üçün infrastrukturların yaradılması prosesi sürətləncək. Bununla da ekologiya dostu olan avtomobillərin ölkəmizə idxalını artıracaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »