Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tam gender bərabərliyinə nail olmaq üçün 300 il lazımdır” – BMT
“Tam gender bərabərliyinə nail olmaq üçün 300 il lazımdır” – BMT

Epidemiyalar, zorakı münaqişələr, iqlim dəyişikliyi, qadınların cinsi və reproduktiv sağlamlığı və hüquqlarına reaksiyalar kimi qlobal çağırışların gender bərabərsizliyini daha da artırdığını bildirən BMT-nin Qadınlar Təşkilatı tam gender bərabərliyinə nail olmaq üçün təxminən 300 il lazım olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, BMT-nin Qadınlar Təşkilatı və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) dərc etdiyi hesabatda bildirilir: “Hazırkı irəliləyiş tempi ilə hüquqi müdafiədəki boşluqları aradan qaldırmaq və ayrı-seçkilik qanunlarını ləğv etmək üçün 286 ilə qədər vaxt lazım olacağı proqnozlaşdırılır”.

BMT-nin hesabatında qadınların iş yerlərində güc və liderlik vəzifələrində bərabər şəkildə təmsil olunması üçün 140 il, milli parlamentlərdə bərabər təmsilçiliyə nail olmaq üçün isə ən azı 40 il müddətinə ehtiyac olduğuna diqqət çəkilib.

Bundan əlavə, bəyanatda ən yoxsul kənd yerlərində yaşayan qızların ən çox əziyyət çəkəcəyi qeyd edilib.

Bildirilib ki, hətta yoxsulluq bütün dünyada kişilərə nisbətən qadınlara və qızlara daha çox təsir edir. Məlumatda qeyd edilib ki, 2022-ci ilin sonuna qədər 368 milyon oğlan və qızla müqayisədə təxminən 383 milyon qadın və qız həddindən artıq yoxsulluq şəraitində yaşayacaq.

Onu da əlavə edək ki, hesabatda vurğulanır ki, epidemiyaya görə qadınlar 2020 -ci ildə qlobal miqyasda təxminən 800 milyard dollar gəlir itiriblər.

Leyla, Bizimyol,info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »