Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin Baş naziri: "Heç kim bizə atəş əmrini diktə edə bilməz"
İsrailin Baş naziri: "Heç kim bizə atəş əmrini diktə edə bilməz"

İsrail İctimai Yayım Təşkilatı KAN-ın xəbərinə görə, İsrailin baş naziri Yair Lapid İsrail dəniz qüvvələrinin zabitlərinin buraxılış mərasimində çıxış edib.

Bizimyol.info xəbər verir ki, Lapid açıqlaması zamanı fələstinli jurnalist Şirin Əbu Akilenin öldürülməsini “terrorçularla münaqişədə faciə” kimi qiymətləndirib. “İsrail ordusunda bir əsgərin özünü terror atəşindən müdafiə etdiyi üçün mühakimə olunmasına icazə verməyəcəyəm”,- deyə bildirib.

İsrail ordusunun heç vaxt qəsdən günahsız insanları hədəf almadığını deyən Lapid "heç kim bizə atəş əmri diktə edə bilməz",- deyə vurğulayıb. Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bazar ertəsi, sentyabrın 5-də bildirib ki, onlar İsrailli tərəfdaşlarından qarşıdurmalar zamanı jurnalistləri qorumaq və günahsız vətəndaşları güllələməmək üçün əlavə addımların atılmasını tələb etməyə davam edəcəklər.

İsrailin ilk rəsmilərindən biri olan müdafiə naziri Benni Qantz Patelin sözlərinə reaksiya verərək “İsrail Baş Qərargah rəisi əməliyyat ehtiyacına görə atəş açmaq göstərişi vermək səlahiyyətinə malik yeganə şəxsdir”,- deyə bildirib.

İsrail əsgərləri və komandirlərinin təlimatları diqqətlə yerinə yetirdiyini və heç bir siyasi müdaxilənin olmadığını deyən Qantz "İsrail ordusundakı əsgərlər vəzifələrini yerinə yetirmək üçün lazım olan hər cür dəstəyə malikdirlər",- deyə qeyd edib.

Məlumat üçün bildirək ki, Əl-Cəzirə televiziyasının müxbiri, 51 yaşlı Akile mayın 11-də İsrail qüvvələrinin İordan çayının qərb sahilinin Cenin şəhərindəki qaçqın düşərgəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində həlak olub.

Onu da əlavə edək ki, bazar ertəsi, sentyabrın 5-də İsrail ordusu Akilenin öldürülməsi ilə nəticələnən insidentlə bağlı apardığı araşdırmanın yekun hesabatını açıqlayıb. Onun "İsrail ordusunun atəşi nəticəsində bilmədən öldürüldüyü" bildirilən hesabatda bu ifadələrə yer verilib:

“Xüsusi əməliyyat qrupu tərəfindən aparılan bir sıra araşdırmalar başa çatdıqdan sonra görünür ki, cənab Akileni vuran silahın mənbəyini dəqiqləşdirmək mümkün deyil. Bununla belə, Akilenin İsrail ordusu əsgərlərinə həyati təhlükə yaradan, ayrı-seçkilik etmədən yaylım atəşi açdığı bir qarşıdurma zamanı fələstinli silahlı şəxslər olduğu müəyyən edilən şübhəliləri hədəf alan İsrail ordusunun atəşi nəticəsində təsadüfən öldürülməsi ehtimalı yüksəkdir”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »