Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Liz Truss: Ölkələri "Rusiya qorxusu"ndan xilas etmək lazımdır
Liz Truss: Ölkələri "Rusiya qorxusu"ndan xilas etmək lazımdır

Böyük Britaniyanın baş naziri Liz Truss və Almaniya kansleri Olaf Şolz enerji sahəsində qarşıya çıxan çətinlikləri müzakirə edərək, bu sahəsində müstəqilliyin vacibliyini vurğulayıblar.

Bizimyol.info xəbər verir ki, baş nazirin iqamətgahının sözçüsü liderlərin telefon danışığı ilə bağlı verdiyi açıqlamada, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı heç bi əsas olmadan başlatdığı müharibə nəticəsində Böyük Britaniya və onun avropalı tərəfdaşlarının üzləşdiyi enerji problemlərini müzakirə etdiklərini bildirib.

Veilən məlumatda bildirilir ki, bəyanatda hər iki liderin enerji sahəsində çeviklik və müstəqilliyin vacibliyi mövzusunda həmfikir olduqlarını vurğulayan Baş nazir Truss: “Avropada demokratiya və insan azadlıgı qorunub saxlanılmalı və Rusiyanın iqtisadi şantajına məruz qalan ölkələri bu qorxudan xilas etmək Avropanın həyata keçirdiyi ən vacib amildir”, - ifadəsindən istifadə edib.

Trussun iki ölkənin mühüm iqtisadi tərəfdaşlar olduğunu və İngiltərə ilə Almaniya arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirdiyi də qeyd edilib: "Biz bu gün olduğu kimi gələcəkdə də hərbi təhdidlərə qarşı birgə mübarizə aparmaqda davam edəcəyimizə əminəm", - deyə bildirib.

Görüşdə İngiltərə ilə Avropa Birliyi arasında gərginliyə səbəb olan mübahisəli Şimali İrlandiya Protokolunun da gündəmə gətirildiyi bildirilib və bunlar qeyd edilib:

Veilən məlumatda: "Baş nazir Truss Şimali İrlandiya Protokoluna müraciət edərkən onun prioritetinin Şimali İrlandiyada sülh və sabitliyi qorumaq və "Belfast Sazişini dəstəkləmək olduğunu açıqladı. Truss hazırkı formada əsas problemlərə həll yollarının tapılmasının vacibliyini vurğuladı", - deyə qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »