Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər sərhəddəki mövqelərimizi atəşə tutulub
Ermənilər sərhəddəki mövqelərimizi atəşə tutulub

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub.

Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Bildirilir ki, sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »