Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaxın 3-10 ildə Rusiya ilə ciddi müharibə riski var” - Polşa
“Yaxın 3-10 ildə Rusiya ilə ciddi müharibə riski var” - Polşa

Kreml rəhbərliyi həmişə Avropanın əleyhinə danışsa da, köhnə qitənin heç də bütün ölkələri ilə münasibətlər pis deyil. Rusiya daha çox Baltikyanı ölkələrlə və Polşa ilə gərginlik yaşayır. Hətta bu dövlətlərin həmişə müharibəyə hazır ovqatda yaşadığını demək olar. Litva, Latviya, Estoniya və Polşa Rusiyanın hər an hücum edə biləcəyini düşünür.

Bizimyol.info xəbər verir ki, Polşada problemi bir az da konkretləşdiriblər. Avropa dövlətində Rusiya ilə müharibənin uzaqda olmadığını hesab edirlər. Polşa Müdafiə Nazirliyi qarşıdakı illərdə aranın qarışa biləcəyini proqnozlaşdırır. Nazir müavini Martsin Otsepa bu haqda danışıb. Onun sözlərinə görə, Polşa müharibəyə həmişə hazır olmalıdır. Bu istiqamətdə böyük addımlar atılmalıdır.

“Yaxın 3-10 ildə Rusiya ilə ciddi müharibə riski var. Hər şey Ukrayna ilə münaqişənin nə vaxt başa çatacağından asılıdır. Rusiyaya təxminən bu qədər zaman lazım olacağını hesab edirik. Polşa ordusu daha çox silahlanmalıdır”.

Gələn il Polşa büdcəsindən orduya rekord məbləğdə vəsait ayrılacaq. Söhbət 97 milyard zlotıdan, yəni təxminən 20 milyard 430 milyon dollardan gedir. Polşa sözün əsl mənasında güclü ordu qurmağı qarşısına məqsəd qoyub.

Baltikyanı ölkələrdə də fərqli düşünmürlər. Estoniya onsuz da həmişə müharibə ovqatındadır. Çünki Tallinin Kremlə konkret torpaq iddiası var. Estoniya 1920-ci ildə imzalanmış Tartu müqaviləsinin şərtlərinə əməl olunmasını istəyir. Ölkənin torpaqlarının bir hissəsinin SSRİ-yə məcbur birləşdirilmədən sonra Rusiyaya verilməsinə görə narazıdır. Moskva Tallinin tələblərini qulaqardına vurur. Estoniya isə torpaqların qaytarılmasını israr edir.

Ümumiyyətlə, Polşa və Baltikyanı ölkələri Rusiyaya qarşı heç vaxt olmadığı qədər prinsipal mövqe ortaya qoyurlar. Bu 4 dövlət Rusiya vətəndaşlarının ölkəyə buraxılmamasında qərarlıdır. Avropa İttifaqı üzvlərinin məsələyə necə yanaşması bu ölkələrin qərarını dəyişməyəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »