Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Ordusu Türkiyə şirkətinin hərbi proqram təminatından istifadə edəcək
Azərbaycan Ordusu Türkiyə şirkətinin hərbi proqram təminatından istifadə edəcək

Azərbaycan Türkiyənin HAVELSAN şirkətinin hərbi proqram təminatından istifadə edəcək.

APA xəbər verir ki, bunu Bakıda keçirilən 4-cü "ADEX" sərgisi çərçivəsində “Anadolu”ya açıqlamasında "HAVELSAN Azərbaycan"ın rəhbəri Erhan Abdullah Kanat deyib.

O bildirib ki, bu istiqamətdə artıq işlərə başlanılıb və qısa müddətdə tamamlanacağı gözlənilir.

“Azərbaycanın fərqli komandanlıqları ilə də proqram təminatı barədə müzakirələr davam edir. Xüsusən Azərbaycanın dənizdə müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər aparılır”, - Erhan Abdullah Kanat əlavə edib.

O qeyd edib ki, Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərirlər, İkinci Qarabağ müharibəsindən sonra işlər artıb və il yarım əvvəl HAVELSAN-ın Azərbaycan ofisi açılıb.

Son xəbərlər
Bütün xəbərlər »