Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin Ukraynaya qəsdən hücum etdiyini etiraf edib"
"Putin Ukraynaya qəsdən hücum etdiyini etiraf edib"

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qəsdən hücum etdiyini açıq şəkildə etiraf edib. Ukrayna Xarici işlər naziri Dmitri Kuleba Rusiya dövlət başçısının bu açqlamasına reaksiya verib.

Bizimyol.info xəbər verir ki, bu barədə XİN rəhbəri “Tvitter” səhifəsində yazıb.

Dmitri Kuleba Dmitri Kuleba

Putin bildirib ki, Rusiya guya Donbass sakinlərinə kömək etmək məqsədilə “əks effekt” olaraq cavab verib.

“Rusiya bu problemi sülh yolu ilə həll etmək üçün dəfələrlə cəhd etdikdən sonra, bizim potensial rəqibimizin hərəkət etdiyi əls effeklə, onların etdiyi kimi - silahlı yolla cavab vermək qərarına gəldi”,- deyə Putin bildirib.

O, Ukraynaya hücumu “şüurlu şəkildə” əmr etdiyini vurğulayıb. Üstəlik, dövlət başçısı müharibənin Rusiya Federasiyasının “güclənməsinə” səbəb olacağını qeyd edib.

Putinin bəyanatlarından sonra Ukrayna xarici işlər naziri beynəlxalq tərəfdaşları ölkəsinə qarşı təcavüz cinayəti ilə bağlı məhkəmənin yaradılmasını dəstəkləməyə çağırıb.

“Putin indicə açıq şəkildə Ukraynaya qarşı təcavüz cinayətini etiraf etdi: “Biz bunu qəsdən etdik”, - dedi. Mən bir daha bütün dövlətlərə səslənirəm: Ukraynaya qarşı təcavüz cinayətinin araşdırılması üçün xüsusi tribunalın yaradılmasını dəstəkləyin”,- deyə Kuleba yazıb.

Ölkə mətbuatı daha əvvəl xəbər vermişdi ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın itkilərinin statistikasını güclü şəkildə yeniləyib. Son sutka ərzində müdafiə qüvvələrimiz 500-ə yaxın işğalçını məhv ediblər. Düşmən ən böyük itkini Donetsk istiqamətində verib.

Ümumilikdə, fevralın 24-dən Ukrayna Silahlı Qüvvələri 50 mindən çox Rusiya hərbçisini, 2 mindən çox tankı, 400-dən çox təyyarə və helikopterini məhv edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »