Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşada Sadıqcanın evi bərpa olunacaq
Şuşada Sadıqcanın evi bərpa olunacaq

Prezident İlham Əliyev Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Sərəncama əsasən, Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600,0 (altı yüz) min manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »