Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyarədə doğulan uşaq hansı ölkənin vətəndaşı sayılır
Təyyarədə doğulan uşaq hansı ölkənin vətəndaşı sayılır

Yəqin ki, qadın oxucularımızın qarşısına çıxıb, xarici ölkəyə səfər etdiyiniz zaman sizdən hamilə olub-olmadığınız soruşulur. Və yaxud hamiləsinizsə, doğuşa qalan müddət və ya həkim kağızı tələb edilir.

Bəs təyyarədə doğulan uşaq hansı ölkənin vətəndaşı hesab edilir? Bəziləri düşünür ki, uşaq təyyarədə dünyaya gəlibsə, vizasız istənilən ölkəyə daxil ola bilər. Axı o dünya vətəndaşıdır. Əslində isə, məsələ fərqlidir.

Mütəxəssislərin fikrincə, bu məsələdə iki fərqli üsul tətbiq edilir. Hamilə sərnişinlərin təyyarə ilə səyahət etməsi üçün dünyada qəbul edilən müəyyən qayda və məhdudiyyətlər var.

“28-35-ci həftələr arasında tək hamiləliyi olan, yəni tək uşağa hamilə olan sərnişinlər üçün həkimlərindən “Təyyarə ilə səyahət etməyin heç bir zərəri yoxdur” ifadəsi ilə hesabat istənilir. 2 və ya daha çox körpəyə hamilə olan sərnişinlərdən tələb olunan hesabat 28-31-ci həftələri əhatə edir”. Bu barədə Bizimyol.info-ya hüquqşünas Elçin Ağayev danışıb. Hüquqşünas bildiirb ki, bununla bağlı “Jus Soli” prinsipi var.

Elçin Ağayev, hüquqşünas Elçin Ağayev

“Jus Soli prinsipi doğulduğu andan vətəndaşlıq deməkdir. Yəni uşaq hansı ölkənin sərhədlri daxilində doğulursa, avtomatik həmin ölkənin vətəndaşı olur. Amma bu prinsipi dünya ölkələrinin cəmi 20 faizi qəbul edib.

Kanada və ABŞ kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələr doğulan uşaqlara avtomatik vətəndaşlıq verilə bilən ölkələrdir”,- deyə hüquqşünas bildirib. Onun sözlərinə görə, heç bir Avropa ölkəsində qanundan kənar yaşayan əcnəbilərin uşaqlaırna vətəndaşlıq verilmir. Qeyd edək ki, dünyanın cəmi 33 ölkəsində əcnəbilərin uşaqlarına vətəndaşlıq verilir. Hüquqşünas bildirir ki, beynəlxalq konvensiyaya görə, körpə təyyarənin qeydiyyatda olduğu ölkənin sərhədləri daxilində doğulmuş sayılır.

Ümumdünya Səhiyyə Təşkilatının hamiləlik zamanı uçuşlarla bağlı tövsiyələri var. Bu tövsiyələrə görə, hamiləlik müddəti 36 həftədən artıq olan, problemli hamiləlik keçirən, doğuşdan 7 gün keçməyibsə, qadınlar uçuşdan imtina etməlidirlər.

Ümumiyyətlə, bir çox ölkələr - məsələn, Argentina, Venesuela, Boliviya, Braziliya, Malayziya, Kolumbiya, Kanada, Nikaraqua, Rumıniya, ABŞ və bir çox ölkələrdə doğulan uşaqlara vətəndaşlıq verilir.

Əslində doğuş ağrılı bir prosesdir. Və təyyarələrdə doğuş prosesini reallaşdıra bilən həkimlərin olması mümkün deyil. Bu səbəbdən də avia şirkətlər bu məsələyə həssaslıqla yanaşır. Bununla bağlı müxtəlif qaydalar tətbiq edilir. Hmailəsinizsə və təyyarədə çıxılmaz vəziyyətə düşmək istəmirsinizsə, öncədən hamilə sərnişinlərlə bağlı qaydalarla maraqlanın.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »