Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: “Biz və kasıb ölkələr aldadıldı, Ərdoğanla görüşəcəyəm”
Putin: “Biz və kasıb ölkələr aldadıldı, Ərdoğanla görüşəcəyəm”

Rusiya prezidenti Vladimir Putin Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanan taxıl dəhlizi müqaviləsində müəyyən edilən daşıma marşrutunun dəyişdirilməsinin nəzərdən keçirilməli olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Putin bu gün Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda mühüm açıqlamalar verib.

Rusiyanın Ukrayna limanlarından taxıl daşımalarının yenidən başlaması üçün əlindən gələni etdiyini bildirən Rusiya lideri “Biz və ən kasıb ölkələr aldadıldı” deyərək, Ukraynadan gələn taxılın hamısının aztəminatlılara deyil, Avropa Birliyinə daşındığını iddia edib.

Putin çıxışında aşağıdakı ifadələrdən istifadə edib:

“Ukrayna ilə yaşadığımız bütün çətinliklərə baxmayaraq, biz Ukrayna taxılının ixracı üçün hər şeyi etdik. Mən Afrika İttifaqının liderləri və Afrika ölkələrinin rəhbərləri ilə görüşdüm və onlara Ukraynanın taxıl ixracını asanlaşdıracaqlarına söz verdim. Biz bunu Türkiyə ilə etdik. Aralıq ölkə kimi Türkiyə istisna olmaqla, Ukraynadan ixrac edilən taxılın demək olar ki, hamısı inkişaf etməkdə olan yoxsul ölkələrə deyil, Aİ ölkələrinə göndərilir”.

Putin bu şərtlər daxilində Ukraynadan taxıl ixracının məhdudlaşdırılmasının mümkün ola biləcəyini və bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etmək qərarına gəldiyini bildirib.

Bundan əlavə, Putin qlobal ərzaq bazarında problemlərin artmaq ehtimalının olduğunu və humanitar fəlakətin yaxınlaşdığını bəyan edib.

Fevralın 24-də Ukraynaya qarşı başlayan “hərbi əməliyyat”a toxunan Putin, “Biz heç nə itirməmişik. Qazandığımız şey suverenliyimizin möhkəmlənməsidir. Bu müharibəni biz başlamamışıq, biz sadəcə olaraq münaqişəni bitirməyə çalışırıq”,- deyə bildirib.

Ukraynada qarşıdurmaların 2014-cü ildəki “çevriliş”dən sonra başladığını və Donbasda xalqın qırğına məruz qaldığını bildirən Putin Donbas xalqına kömək etmək məqsədinə çatana qədər mübarizə aparacaqlarını qeyd edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »