“Uzaq Yol - Qafqaz / Uzak Rota Caucasus” səyahət sammiti sentyabrın 29-da Azərbaycan Turizm Şurası, “WTatil”, “Turizm Malayziya”, “Park Inn Radisson”, “Paximum”, “Balkan Holidays”, “SKYhub”, “Flyhub”, “Travel Zone”, “Tale Travel” və digər şirkətlərin dəstəyi ilə Bakıda keçiriləcək.
Bizimyol.info xəbər portalının media tərəfdaşlığı dəstəyi göstərdiyi beynəlxalq sammitdə onlayn turizm agentlikləri, hava yolları, otellər, turoperatorlar, səyahət texnologiyası startapları, qonaqpərvərlik investorları, vençur kapitalistləri, texnologiya şirkətləri və distribütor texnologiya şirkətləri ilə birlikdə Qafqaz regionunda turizm ekosistemi ilə bağlı bir çox məsələlər, son inkişaf, “gələcəkdə nələri gözləyə bilərik və necə reaksiya verə bilərik” və s. bu kimi məsələlər müzakirə masasında özünə yer tapacaq.
“Uzaq Yol - Qafqaz” ilə regionun liderləri turizm sektorunun mövcud və potensial çatışmazlıqlarına həll yollarını axtaracaqlar. Sammitdə Azərbaycan, Türkiyə, Qafqaz və dünya turizmi üzrə otel sənayesi, yeni nəsil səyahət vasitələri və yeni növ turist profili, rəqəmsal tərəfdaşlıqlarla yeni bazarların açılması və s. mövzuların müzakirəsi aparılacaq.
Sammit çərçivəsində müəyyən olunmuş hissədə sektorun nümayəndələrinin şəbəkələşməsi üçün şərait yaradılacaq. Burada turizmin müxtəlif alt sektorlarından olan müxtəlif ölçülü şirkətlər öz stendlərində xidmətlərini təqdim edə biləcək və eyni zamanda digər şirkətlərin fəaliyyətləri haqqında əyani məlumat ala biləcəklər.
Regionun yenilikçi turizm sammitində Azərbaycan Turizm Şurasının (ATB) baş direktoru Florian Sengstschmid, Azərbaycan Turizm Bürosunun Azərbaycan Konqres Bürosunun direktoru Sevda Əliyeva, Azərbaycan Otellər Assosiasiyasının Biznesin İnkişafı üzrə Meneceri Nərmin Aktaş, "Forbes Travel Guide" baş vitse-prezidenti Chris Fradin, "Business Insider" şirkətinin baş vitse-prezidenti Julian Childs, "Pronto Tour" şirkətinin baş direktoru Əli Onaran, "Paşa Travel" şirkətinin baş direktoru Çingiz Mürsəlov, "Talma Travel" şirkətinin baş direktoru İya Magen, "Allegra Cruises" prezidenti Mihalo Vukic, "Tale Travel" şirkətinin baş direktoru Sabin Tarsoaga, "Shallwego" İdarə Heyətinin üzvü Arif Günəş, "Balkan Holidays" şirkətinin təsisçisi Bojan Petkovic və sektorun digər lider şirkətlərinin nümayəndələri spiker qismində çıxış edəcəklər.
Sammitin bütün spikerləri, sponsorları haqda ətraflı məlumat almaq və tədbirə bilet əldə etmək üçün sammitin veb saytına keçid edə bilərsiniz.
"Uzak Rota" mükafatları:
- 2014 - Hürriyet, "Türkiyənin ən yaxşı internet saytı"
- 2018 - Red Ringa, "Ən yaxşı 100 Avropa Şirkəti"
- 2018 - Bidroom, "Dünyanın 10 ən nüfuzlu turizm tədbirlərindən Biri".
- 2019 - HIS Travel, "Dünyanın ən yaxşı 5 səyahət tədbirindən biri"
- 2020 - Hepstar, "Dünyanın ən yaxşı 10 səyahət tədbirindən biri"
- 2021 - Rentn Connect, "Dünyanın ən yaxşı 10 səyahət tədbirindən biri"
Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Uzaq Yol - Qafqaz / Uzak Rota Caucasus” səyahət sammitinin media tərəfdaşıdır.