Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduğunu bildirib
Paşinyan Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduğunu bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Rusiyanın dəstəyi ilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına ümid edir.

Bizimyol.info xəbər verir ki, bunu baş nazir Vladivostokda keçirilən 7-ci Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

“Biz artıq Türkiyə ilə danışıqlara başlamışıq. Biz Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik”, - deyə Paşinyan bildirib.

O, həmçinin əlavə edib ki, hazırda Ermənistan və Azərbaycan Qarabağ problemini fəal şəkildə müzakirə edirlər. Baş nazir təkcə Ermənistanın strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın tərəfdaşı kimi Rusiya Federasiyasının dəstəyinə ümid etdiyini bildirib.

Paşinyan Rusiyanın regionda əsas təhlükəsizlik faktoru olduğunu söyləyib.

Paşinyan Ermənistanın Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduğunu, Rusiyanın dəstəyi ilə prosesi başa çatdırmağı gözlədiyini deyib. Ermənistan lideri Rusiyanın ilə münasibətlərin strateji xarakter daşıdığını və bu dəstəyə görə, ölkəsində iqtisadi böhranın olmadığını söyləyib. O, lkəsində sabitliyin davam etməsinə görə Rusiyaya təşəkkür edib. Paşinyan: “Bəzi qüvvələrin Ermənistan hakimiyyətini həddən artıq qərbpərəst, ya da rusyönümlü kimi təqdim etməyə çalışırlar. O qüvvələr bu hərəkətləri ilə regionumuzda vəziyyəti de-stabilləşdirmək istəyirlər”,- deyib.

İyulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edib. Hər iki siyasətçi razılaşmaların tezliklə həyata keçirilməsinə ümid etdiyini bildirib.

İyulun 1-də Türkiyə və Ermənistan quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Tərəflər həmçinin yaxın vaxtlarda ölkələr arasında yüklərin birbaşa hava daşınmasına icazə verməyə hazırdırlar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »