Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Trussu Ukraynaya səfərə dəvət edib
Zelenski Trussu Ukraynaya səfərə dəvət edib

Ukrayna prezidenti Vladimir Zelenski ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Liz Truss arasında telefon danışığı baş tutub. Liderlər Rusiya Federasiyasına növbəti təzyiq vasitələrini müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısı V.Zelenski “Twitter” səhifəsində məlumat yayıb.

“Xarici liderlər arasında Britaniyanın yeni seçilmiş baş naziri Liz Trussla ilk söhbət edən mən oldum. Biz səmimi keçən danışıqlar zamanı onu Ukraynaya dəvət etdik. Həmçinin Ukraynaya müdafiə və iqtisadi dəstəyinə görə Böyük Britaniya dövlətinə və xalqına minnətdarlığımızı bildirdik. Böyük Britaniyanın daha da güclənməsinə hazır olması vacibdir. Biz təhlükəsizlik zəmanətlərinə diqqət yetirdik və bir sıradigər məsələlər barədə danışdıq”, - deyə Zelenski bildirib.

Həmçinin, dövlət başçısının da dediyi kimi, söhbət zamanı gələcəkdə Ukraynanın bərpasında Britaniyanın iştirakı barədə danışılıb.

“Biz Rusiya Federasiyasına növbəti təzyiqləri əlaqələndirdik. Məqsəd təcavüzü dayandırmaq və günahkarları məsuliyyətə cəlb etməkdir. Rusiyanın terrorçu dövlət kimi tanınması vacibdir. Bu təkcə Ukrayna üçün deyil dünyanın təhlükəsizliyi üçün vacibdir. Biz əminik ki, London həmişəki kimi bizə lazımi dəstək verməkdə davam edəcək. Biz bütün formatlarda fəal əməkdaşlığı davam etdirəcəyik”, - deyə Zelenski vurğulayıb.

Ukrayna mətbuatının daha əvvəl xəbər verdiyi kimi, sentyabrın 6-da Liz Truss Böyük Britaniyanın baş naziri olub. O, əvvəllər Xarici İşlər Nazirliyinə rəhbərlik edib. İyulun 7-də Böyük Britaniyanın baş naziri Boris Conson istefa verdiyini açıqlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »