Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin sanksiyaları "bir qulağından alıb, o birindən buraxır": Qərb nə edəcək...
Putin sanksiyaları "bir qulağından alıb, o birindən buraxır": Qərb nə edəcək...

Rusiya qazı kəsdi. Bu, Rusiyanın Ukraynaya hücumu zamanı gözlənilən idi. Nəhayət, sentyabrın 2-də Rusiya Almaniyaya çatan “Şimal axını” təbii qaz boru kəmərini “nasazlıq” səbəbindən qeyri-müəyyən müddətə bağladığını açıqlayıb.

Təbii ki, bu proses Rusiya prezidenti Vladimir Putinin Avropa İttifaqı (Aİ) sanksiyalarına mühüm cavabıdır. Rusiyanın belə bir qərar verəcəyi lap əvvəldən gözlənilirdi. Lakin həmin gün Rusiyanın qərarı G7 ölkələrinin maliyyə nazirlərinin virtual görüşündə “Rusiya enerji məhsullarının bazar qiymətlərindən aşağı satışına icazə verən qanun layihəsinin qəbulu”  başlıqlı qanun layihələrinin müzakirə edilməsi Rusiyanın Qərbə qarşı iqtisadi qisasını daha da alovlandırıb.

Bir müddətdir ki, Avropa ölkələri inflyasiyanın artmasına səbəb olan enerji böhranı ilə mübarizə aparır. Aİ 2030-cu ilə qədər ekoloji cəhətdən təmiz yaşıl enerjiyə keçəcəyini və Rusiyadan müstəqil olacağını bəyan edib. Amma indiki məqamda görünür ki, bu o qədər də asan deyil.

Ukraynadakı müharibə səbəbindən Rusiya enerji qiymətlərində rekord artımdan faydalanır. G7-nin görüşü və fon der Leyenin bəyanatları sabitliyi pozan qlobal enerji bazarlarını tənzimləmək cəhdi kimi görünsə də, Rusiyanın cavab tədbirinə necə cavab veriləcəyi bəlli deyil. Rusiyanın Kəmərdən qaz tədarükünü dayandırmaqla Avropa iqtisadiyyatına daha çox ziyan vurduğu isə şübhəsizdir.

Rusiya G7 şirkətlərinə neft satışını dayandıracağı ilə bağlı xəbərdarlıq edib və sentyabrın 3-də Rusiyanın “Qazprom” neft şirkətində Almaniyaya boru kəmərini yenidən işə salmayacağını açıqlayıb. Artıq son bir neçə həftədir ki, boru kəməri 20 faiz güclə işləyir.

Rusiya qaz yanacaqlarının Aİ idxalının 40 faizini təşkil edir. Aİ Rusiyadan təbii qazın alınmasına qadağa qoymaqdan vaz keçsə də, bununla birlikdə Rusiyadan asılılığı minimuma endirmək siyasətini də həyata keçirir. Beləliklə, Aİ-nin Rusiyadan enerji idxalı ötən illə müqayisədə 68 faizə düşüb. Digər tərəfdən, Beynəlxalq Enerji Agentliyi də 2022-ci ilin iyun ayında Rusiyanın neft ixracatının azalmasına baxmayaraq, qiymətlərin artması səbəbindən keçən illə müqayisədə 40 faiz artımla 20,4 milyard dollar gəlir əldə edib. Çünki AB sanksiyalarına cavab olaraq inkişaf etməkdə olan iqtisadiyyatları ilə Hindistan və Çin Rusiyanın ən böyük müştəriləridir. Həmçinin, Aİ-nin Rusiyadan enerji alışı azaldıqca Hindistanda bu sahədə artım müşahidə olunur.

Almaniyanın İqtisadiyyat naziri Robert Habek isə vəziyyətdən şikayət edərək, bunları bildirib: “Biz heç bir şəkildə Rusiyaya və Qazproma etibar edə bilmərik. Qaz qiymətləri bir il əvvəllə müqayisədə təxminən 10 dəfə artıb. “Qazprom” 2022-ci ilin birinci yarısında rekord məbləğdə 41,3 milyard dollar mənfəət əldə edib”.

Belə ki, müharibənin indiki səviyyədə davam etməsi, Rusiyanın sanksiyalar altında neft və təbii qaz satışından yüksək gəlirlər əldə etməsi deməkdir.

Avropa İttifaqı iyunun 3-də Rusiyaya qarşı “Altıncı Sanksiya Paketi”ni təsdiqləyib. Paketə dəniz yolu ilə daşınan Rusiya xam neftinin və 5 fevral 2023-cü il tarixinədək emal olunmuş məhsulların idxalına tam qadağa maddəsi daxildir. Aİ-nin “Altıncı Paketi” G7-nin müvafiq proqramı ilə uyğun olacaq.

Bu vəziyyətdə Rusiya qazanacağı halda, Aİ-nin yeni strategiya müəyyən edəcəyi gözlənilir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »