Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“TurAz Qartalı - 2022” təlimində bir sıra tapşırıqlar icra olunub
“TurAz Qartalı - 2022” təlimində bir sıra tapşırıqlar icra olunub

“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib.

Bu barədə "Bizimyol.info" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »