Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya müharibəyə xərclədiyindən daha çoxunu enerji satışından qazanıb"
"Rusiya müharibəyə xərclədiyindən daha çoxunu enerji satışından qazanıb"

Rusiyanın Ukraynadakı müharibənin ilk altı ayında mədən enerjisi ixracından əldə etdiyi gəlir işğalın xərclərini xeyli üstələyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Finlandiyanın Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) hesabatında deyilir.

Bildirilir ki, tədqiqatın müəllifləri müəyyən ediblər ki, Rusiya Federasiyasının bu dövr üçün gəliri 158 milyard avro ekvivalentində olub. Digər tərəfdən, müharibənin dəyəri 100 milyard avro olaraq qiymətləndirilir.

Təhlildə bu il fevralın 24-dən avqustun 24-dək neft, qaz və kömür ixracı, dəniz və boru kəməri nəqliyyatı üzrə məlumatlar qiymətləndirilib. Onlar göstərib ki, 85 milyard avro ilə ən böyük alıcı Aİ, sonrakı yerdə isə 35 milyard avro ilə Çin gəlir.

Aİ-də Almaniya 19 milyard avro ilə Rusiyanın enerji ehtiyatlarının satın alınmasına başçılıq edir və onu Çindən sonra dünyada ikinci ən böyük Rusiya qaz yanacağı alıcısına çevirir.

CREA analitiki Lauri Millivirta izah edib ki, Rusiya ixracın azalmasına baxmayaraq, qalıq yanacaqlardan "hələ də rekord gəlirlər əldə edir".

"Bununla mübarizə aparmaq üçün hökumətlər Rusiyadan idxal olunan məhsullara tariflər və ya qiymət məhdudiyyətləri tətbiq etməli və enerjiyə qənaət tədbirlərini sürətləndirməlidirlər.

İlk növbədə, “təmiz enerjidən istifadəni və istilik nasosları və elektromobillər vasitəsilə elektrikləşdirməni sürətləndirmək yolu ilə” neft və qaz istehlakını azaltmaq lazımdır”,- deyə o qeyd edib.

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin “Şimal axını” ilə qazın nəqlini dayandıraraq Qərbi birbaşa şantaj etməyə başlayıb. Avropa ölkələri hələ də anbarları doldura bilməyib və belə davam edərsə, qışda Avropa ölkələrini ağır vəziyyət gözləyir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »