Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın sözləri Yunanıstanı “diksindirib”: “Türkiyə nəzarətdən çıxıb”
Ərdoğanın sözləri Yunanıstanı “diksindirib”: “Türkiyə nəzarətdən çıxıb”

TEKNOFEST-də Yunanıstanı xəbərdar edən Türkiyə prezidenti Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” sözləri Yunanıstanın gündəmindən düşmür. Belə ki, yunan mətbuatı Afinanın Türkiyəyə qarşı tutacağı yoldan yazıb.

Bizimyol.info xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzeti diplomatik mənbələrə əsaslanan xəbərlərində Afinanın keçəcəyi yoldan yazıb.

“Türkiyə təhdidlərinə diplomatik cavab” başlıqlı məqalədə deyilir: “Afina öz tərəfdaşlarını və müttəfiqlərini Ankaranın son vaxtlar ritorikasında kəskinləşməsi barədə məlumatlandırır”.

Xəbərdə Yunanıstanın Xarici Işlər Naziri Dendiasın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bütün üzvlərinə, BMT baş katibinə və NATO baş katibinə məktub göndərəcəyinə dair məlumatlar yer alıb.

Yunanıstanın digər qəzeti “Ta Nea” isə qalmaqallı başlıq ilə oxucularının qarşısına çıxıb. Qəzet “Türkiyə nəzarətdən çıxıb” başlıqlı xəbərində “Yunanıstan Türkiyənin təxribatları ilə bağlı tərəfdaşlarını məlumatlandırıb” deyə bildirilib.

Xatırladaq ki, Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib.

Mitsotakis “Yunanıstan qonşularına dostluq əlini uzadır. Bununla belə, suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlara dözməyəcəyik və dərhal dayandırılmalıdır.

Sizdən Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alın”,- deyə bildirib.

Qeyd edək ki, Mitsotakis bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.

Bundan sonra isə Türkiyə Prezidenti Ərdoğan Mitsotakisə sərt formada cavab verib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »