Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada rəsmi səfərdədir.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər verib.
Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Balkan turnesi çərçivəsində ilk dayanacağı Bosniya və Herseqovina olub. Ərdoğan Bosniya və Herseqovinada rəsmi mərasimlə qarşılanıb.
Ərdoğanı daşıyan təyyarə bu gün saat 13:00 radələrində Sarayevoya enib. Prezident Ərdoğan paytaxt Sarayevoda Bosniya və Herseqovina Prezident Şurasının sədri Şefik Caferoviç tərəfindən rəsmi mərasimlə qarşılanıb. İki ölkənin himnlərinin səsləndidirilən mərasimdə prezident Ərdoğan hərbi qarovul dəstəsini salamlayıb. Mərasimdən sonra Bosniya və Herseqovinadan nümayəndə heyəti Ərdoğana təqdim olunub. Prezident Ərdoğan Bosniya və Herseqovina ilə təmasları çərçivəsində Prezidentlik Şurasının üç üzvü ilə görüşəcək.
Ərdoğan Bosniya və Herseqovina ilə görüşlərini tamamladıqdan sonra Serbiyaya, daha sonra isə Xorvatiyaya səfər edəcək.
Balkan turnes barədə açıqlama verən prezident Ərdoğan Tvitter hesabından: “Bosniya və Herseqovina, Serbiya və Xorvatiyanın daxil olduğu Balkan ölkələrinə səfərimizin ilk dayanacağı Sarayevoya yola düşdük .
Türkiyə olaraq Balkanların sabitliyini və inkişafını, Avro-Atlantik strukturlarla inteqrasiya prosesini dəstəkləyən siyasətimizi davam etdirəcəyik. Köklü tarixi, insani və mədəni bağlarımız olan bu coğrafiya ilə bağlılığımızı möhkəm saxlamaqla gərginlikdən qaçmağa çalışırıq. Biz həyata keçirdiyimiz layihələrlə Balkanların inkişafına dəstək veririk. Bütün təmaslarımda Balkanların sülhü və sabitliyi üçün həyati əhəmiyyət kəsb edən Bosniya və Herseqovinanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi vurğulayacağam”, - deyib.
Bizimyol.info